Ukrayna növbəti “Maydan hadisələri”ni yaşaya bilər – Poroşenko hakimiyyətə gəlmək istəyir
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ölkədə növbəti prezident seçkilərində iştirak etmək istədiyini açıqlayıb. O bu barədə Əl-Cəzirə televiziyasına müsahibəsində deyib. Siyasətçi bildirib ki, Kiyev seçkiləri keçirmək üçün döyüşlərdə uğur qazanmalıdır. Sitat: "Seçkilərin keçirilməsi üçün hakimiyyət döyüşlərdə uğur qazanmalıdır. Əgər məndən növbəti seçkilərdə iştirak etməyi planlaşdırıb-planlaşdırmadığımı soruşursunuzsa, bəli, iştirak etmək istəyirəm. sitatın sonu Qeyd edək ki, bu lin martında Ukraynada prezident seçkiləri keçirilməli idi. Hazırkı prezident Volodimir Zelenski hərbi əməliyyatlar bitənə qədər seçkiyə getməyin mümkün olmadığını deyib. Görəsən, qlobal güclər Ukrayna prezidenti Zelenskinin dəyişdirilməsində maraqlıdırlarmı? Ukrayna mətbuatı və siyasiləri oliqarx “Roşen kralı” ilə Zelenski arasında konfliklərinin olduğunu, hazırda da davam etdiyi barədə dəfələlər məlumat veriblər. Hətta qeyd olunub ki, oliqarx Poroşenko özünü qərbyönümlü kimi göstərsə də, əslində Kremlə yaxın biridir. Ukrayna hakimiyyəti Poroşenko özünə rəqib görür və hətta onun ölkədən çıxması dəfələrlə əngəllənib. 2023-cü ilin dekabrında ABŞ-yə səfər etmək istəyərkən Poroşenkonun və mühafizəçilərinin nəqliyyat vasitəsi dayandırılaraq sərhədi tərk etməsinə icazə verilməyib. Eks prezident Poroşenko Beynəlxalq Demokratlar İttifaqı Forumunda məruzəçi və fəxri qonaq qismində iştirak etmək və ABŞ konqresmenləri, habelə Aİ-nin yüksək vəzifəliləri və bir çox digər şəxslərlə görüşmək üçün Vaşinqtona getməyi planlaşdırırdı. Bəzi ukraynalı siyasətçilər Zelenski hakimiyyətinin belə addımlarını anti-demokrak davranış adlandırıb. Qeyd edək ki, Poroşenko hazırda “Avropa Həmrəyliyi” partiyasına rəhbərlik edir və Prezident Volodimir Zelenskinin hakim “Xalqın qulluqçusu” partiyasına qarşı aparıcı müxalif fiqurdur. Ukraynanın siyasi məsələlər üzrə professoru Taras Kuzio da bildirib ki, keçmiş oliqarx İqor Kolomoyski və 2010-2014-cü illərdə Ukrayna Administrasiya rəhbərinin müavini olmuş Andriy Portnovun Ukraynaya qayıtması ölkədə Rusiya dəstəkli müxalif qüvvələrin güclənməsinə səbəb ola bilər. O əlavə edib ki, həmin şəxslər Maydan hərəkatının təşkilatlatçıları olublar. “Ola bilsin ki, Zelenski başqa bir Maydanla qarşılaşacaq və bu, yalnız Putin Rusiyasının xeyrinə olacaq”, - deyə Kuzio əlavə edib. Xatırladaq ki, Poroşenko və Zelenski 2019-cu il prezident seçkilərində bir-biri ilə mübarizə aparıb, ikinci turda Zelenski 73 faiz, Poroşenko isə 25 faiz səs toplayıb.
Fuad Sadıqov APA TV