Ulu Öndərin 100 illiyinə həsr olunan tədbirdə videoçarx da nümayiş olundu

 

FHN-in İdman-sağlamlıq klubunda Ulu öndər Heydər Əliyevin 100 illiyinə və Cənab prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə klubun rəisi polkovnik Füzuli Musayev, millət vəkili Vüqar İskəndərov, FHN-in Akademiyasının rəisi general-mayor Baba Salayev iştirak ediblər. Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə əklil və güllər qoyaraq əziz xatirəsini anıblar. Tədbirdə çıxış edən FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin xalqımızın taleyində, dövlətimiz və tariximiz qarşısında misilsiz xidmətləri olduğunu, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacağını qeyd edib. O, həmçinin bildirib ki, bu gün tarixinin ən güclü və qüdrətli dövrünü yaşayan Azərbaycanda Prezident İlham Əliyev tərəfindən bu siyasi xətt çox uğurla davam etdirilir. Tədbirdə çıxış edən millət vəkili Vüqar İskəndərov, FHN-in Akademiyasının rəisi general-mayor Baba Salayev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 illik fəaliyyəti dövründə ölkəmizin ordu quruculuğu, təhsil, gənclər-idman, iqtisadi inkişaf, inzibati idarəçilik, xarici siyasət və digər sahələrdə sürətli inkişafı, əldə etdiyimiz böyük uğurlar, misilsiz və qürurverici qələbələr barədə danışıblar. Sonra ümummilli liderin həyat və fəaliyyətindən, Ali baş komandan İlham Əliyevin prezident seçilməsinin 20 illiyindən bəhs edən “Zəfər aparan yol-Dəmir yumruq” adlı videoçarx nümayiş olunub. AYNUR QARA VÜSAL BAYRAMOV APA TV

Müəllif | Apa.Tv
Apa.tv