Ürək xəstəliklərindən ölümlər niyə artıb? – “Bu yağlar qısırlıq yaradır”
Azərbaycanda yağların qiyməti qalxıb. Əlbəttə ki, bu yeni xəbər deyil. Sosial şəbəkələrdə dolaşan yeni informasiya isə Azərbaycana Rusiyadan kərə adı ilə marqarin yağlarının gətirilməsidir. Satıcıların özləri belə bundan məlumatsızdır. Belə çıxır ki, sahibkar yağı nəyin bahasına olursa-olsun, satmağı düşünür. Onun tərkibi və məhsulla bağlı yarana biləcək problemi isə önəmli saymır. 3 manata satışa yağ çıxarırlar və adın da qoyurlar ki, kərədir, utanmasalar, nehrə də deyərlər. Heç şübhəsiz ki, bu yağlar təkcə 8-ci kilometr bazarında stışa çıxarılmayıb. Bu malları market və bazarlarda da görmək olar. Maraqlıdır, məsələ ilə bağlı AQTA hansı addımı atır, bunun qarşısını almaq üçün nə kimi işlər görülür? Müsahibimiz bildirdi ki, uyğun olmayanlar isə təbbi ki, satışdan çıxarılır. Bəs bitki yağı alarkən nəyə diqqət yetirilməliyik, Kərə yağını saxtasından necə seçmək olar? Saxta yağların tərkibinin əsas hissəsi trans, bitki və ya palma yağlarından ibarət olur. Bəziləri isə quru süddən, naməlum heyvanların iç yağından, piylərdən, kimyəvi maddələrdən hazırlanır. Bunlara isə xüsusi maddələr qatılır ki, kərə yağının dadını və ətrini versin. Qida texnoloqu Ağa Salamov deyir ki, təmiz kərə yağı adı altında satılan bəzi kərə yağlarının saxta olduğu onların qiymətindən də hiss edilir Bəli, bədənizimi mənşəyi bilinməyən yağlarla zəhərləyirik. Əslində təbii kərə yağı insan bədəninin temperaturunda əriməlidir. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova APA TV-yə müsahibəsində onu da qeyd etdi ki, marqarin, palma yağları daha yüksək temperaturda əriyir. Bu isə damarda tıxanıqlıq yaradır. Eksperlərin sözlərinə görə kərə yağının təbiiliyini öyrənmək üçün ilıq sudan da istifadə etmək olar. Suya atdığımız yağ parçalanırsa, topa hal alırsa, deməli, kərə yağından söhbət gedə bilməz. Yaxud suyun rəngi dəyişsə, deməli yağa boya əlavə edilib. Halbuki, yağın rəngi mütləq bərabər olmalıdır. Zolaqlar, dəyişən rənglər kərə yağına xas deyil! Tünd sarı, narıncı rəngdədirsə deməli, yağa boya maddələri qatılıb.
AYƏN SAKİTQIZI
VÜSAL BAYRAMOV APA TV