Uşaqların birinin atası makler, o birinin atası “bariqa”dır

Gəncədə 2 azyaşlı küçəyə atılıb. Körpələrin ana nənəsi onları Gəncə ŞİH-nin qarşısına gətirərək ərazini tərk edib. 2 yaşlı Miryusif Cəlilov və 4 aylıq Mələk Cəlilova xəstəxanada müvafiq yoxlanışlardan keçirilib. Xəstəxanadan bildirilib ki, hazırda hər iki az yaşlıların səhhətində heç bir problem yoxdur. Xəstəxanadan bildirilib, sabah uşaqların təcili tibbi yardım avtomobilləri ilə Bakı şəhərində yerləşən uşaq evinə göndərilməsi nəzərdə tutulub. Azyaşlıların nənəsi Mehriban Cəlilova deyir ki, bu addımı məqsədli və düşünülmüş şəkildə atıb. Nənə deyib ki, qızı narkotik aludəçisidir. O, qızı ilə bağlı başqa ittihamlar da səsləndirib və belə olduğu halda uşaqların anasının yanında böyüməsini istəmədiyini deyib. Məsələ ilə bağlı polis tərəfindən müvafiq araşdırmalara başlanıb. Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin küçəyə atılan azyaşlı bacı-qardaşla bağlı yaydığı məlumatda bildirilib ki, oktyabrın 21-də Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu iki yaşlı oğul, bir saat sonra isə üç aylıq qız nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına gətirərək ərazini tərk edib. "O, nəvələrinə qayğı göstərə bilmədiyini əsas gətirərək, onların dövlət müəssisəsinə yerləşdirilmələrini istəyib. Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Baş Polis İdarəsinin və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin əməkdaşları tərəfindən uşaqlar nəzarətə götürülüb. Qanuna müvafiq qaydada onlar Gəncə Şəhər Uşaq Xəstəxanasına yerləşdiriliblər. Yaxın günlərdə isə uşaqların qanuna müvafiq qaydada dövlət müəssisəsinə yerləşdirilməsi təmin olunacaq", Gəncə İH-dən bildirilib. araşdırmalara başlanılıb.

Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV

Müəllif | Apa.Tv
Apa.tv