“Uşaqların çəkdikləri rəsmlərin dili olsaydı nələr-nələr deyərdi”
Uşaqlar tez-tez öz hisslərini və duyğularını ifadə etmək üçün rəsmlərdən istifadə edirlər. İstifadə etdikləri rənglər, formalar və simvollar onların emosional vəziyyətini əks etdirir. Uşaqlar sirli dünyalarında hekayələr danışmaq, təcrübələrini bölüşmək, ehtiyac və istəklərini çatdırmaq üçün çəkdikləri rəsmlər, ötürülən mesajları deşifrə etməyə kömək edə bilər. Çox zaman önəmsəmədiyimiz bu rəsmlərlə övladlarımız bizə hansı mesajları ötürürlər? Psixoloq Aygül Məlikova uşaqların çəkdiyi rəsmlərin mənalarından danışıb. Rəsmin detalları uşaqdakı emosional və ailədaxili vəziyyəti, qorxu və nifrəti öyrənməyə yardımçı olur. Psixoloq onu da qeyd etdi ki, şəkildəki qapı ata obrazıdır. Qapının evin kənarında şəkilməsi atanın ailədən uzaq olmasını göstərir. Rəsmdəki günəş isə ana obrazını təmsil edir. Uşaq rəsmlərinin təhlili üzrə uzun illər çalışmış beynəlxalq ekspert Michal Wimmerin sözlərinə görə, uşaqlar rəsmlərində silah, qəzəbli insanlar, ayrılmış bədən üzvləri, şiddəti təmsil edən cızma-qaralar və ya çoxlu tünd rənglərdən və xoşagəlməz şəkillərdən istifadə edirsə, artıq narahat olmağa dəyər. Mütləq mütəxəssislə məsləhətləşmək zəruridir.
LƏMAN SALEHOVA VÜSAL BAYRAMOV APA TV