“Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka atmışdın” – Məhkəmdə dəhşətli dialoq
Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlının öldürülməsində şübhəli bilinən şəxslərdən biri Vaqif Xaçatryanın məhkəməsi keçirildi. Hakimin çıxışı zamanı gözlərinin suyunu axıdan Vaqifə fasilə vaxtı bir nəfər yaxınlaşaraq, Vaqif, tanıdın məni, evə “limonka” atmışdın, deyə soruşdu. Həmin şəxs Birinci Qarabağ müharibəsində iştirak etmiş Təmraz Məmmədov idi. Məhkəmədən sonra ona yaxınlaşaraq Vaqifin və digər separatçıların törətdikləri cinayətlərin nələr olduğunu soruşmağa çalışdıq. Əvvəlcə, müsahibə vermək, törədilən cinayətləri xatırlamaq istəmədiyini, gördüyü dəhşətlərdən sonra uzun müddət psixoloji sarsıntı keçirdiyini bildirdi. Amma yenə qısa da olsa, Birinci Qarabağ müharibəsində Vaqif Xaçatryanın və onunla birlikdə olan separatçıların Meşəlidə törətdikləri cinayətlərdən danışmağa çalışdı. Təmraz Məmmədov onu da dedi ki, Vaqif Xaçatryan istentaq orqanlarına özünü sürücü kimi tanıtmağa çalışsa da, əslində soydaşlarımıza qarşı törədilən cinayətlərdə birbaşa əli olub.
Fuad Sadıqov
Elvin Muradov APA TV