“Vaqifi tanıyıram, tövlələri yandırıb, pişikləri güllədilər”

 

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə iclası davam edib. Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadə verib, sonra sənədlərin tədqiqinə başlanılıb, iş üzrə sənədlər elan olunub. Məhkəmədə şahid qismində ehtiyatda olan polkovnik Azay Kərimov ifadə verib. O deyib ki, Vaqif başda olmaqla, onun dəstəsi heyvan dolu tövlələri, itləri, pişikləri güllələyirdilər. Azay Kərimov deyib ki,1991-ci ildə Vaqif Şuşada saxlanılan zaman Xatırladaq ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Məhkəmə prosesi sabah davam etdiriləcək

Müəllif | Apa.Tv
Apa.tv