Xaçatryanın MƏHKƏMƏSİ: "Kişini yandırdılar, külünü çaynikə yığıb, basdırdıq " – APA TV
Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Prosesə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev sədrlik edib. Təqsirləndirilən şəxs tərcüçməçi ilə təmin olunub, ona hüquqları izah edilib. Məhkəmədə zərərçəkəmişlər ifadə veriblər. Hakim ermənilərin azərbaycanlılara, Meşəli sakinlərinə qarşı olan bu nifrətin səbəbini soruşduqda Xaçatryan “bizim aramız həmişə yaxşı olub, bilmirəm niyə belə oldu” deyə cavab verib. Daha sonra Xaçatryan azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyib. Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb. Meşəli qətliamında günahlandırılan Vaqif Xaçatryan azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyib.