Xaçmaz müəllim şagirdə qarşı qeyri-etik hərəkət etdi

Xaçmaz müəllim şagirdə qarşı qeyri-etik hərəkət etdi - APA TV Xaçmaz rayonunun Qusarçay kənd tam orta məktəbində müəllimin şagirdə qarşı davranışı ilə bağlı polisə müraciət olunub. Məktəbin idman müəllimi 60 yaşlı Təbriz Adıgözəlovun dərs zamanı 8-ci sinif şagirdi olan qıza qarşı qeyri-etik hərəkətlər etdiyi iddia edilir. Şagird məktəb rəhbərliyinə və valideynlərinə bildirib ki, müəllim qiymət yazmaq qarşılığında ona qarşı anormal davranıb. Məktəblinin nənəsi bildirib ki, hadisə təqribən 1 ay əvvəl baş verib. Onlar övladlarına qarşı belə davranışdan yeni xəbər tutublar və aidiyyəti qurumlara müraciət ediblər. Məktəbdə yaşanan hadisə kənd sakinlərini də şoka salıb. Məsələ ilə bağlı Xaçmaz rayon Təhsil Sektorundan bildirilib ki, həmin müəllim işdən azad edilib. Eyni zamanda məktəbin direktor əvəzi İbrahim İbrahimov da vəzifəsindən istefa verib. Məsələ ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə müraciət olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal regional qrupunun rəhbəri Xəyal Talıbov da polisə belə bir müraciətin olduğunu təsdiqləyib. Tərəflərin izahatı alınıb, hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Cəfər Talıb, APA TV

Müəllif | Apa.Tv
Apa.tv