Xəstəxanada tibbi xidmətlər kimlərə növbəsiz göstərilir? - TƏBİB AÇIQLADI
İcbari tibbi sığorta Azərbaycanda vətəndaşlara pulsuz müalicə üçün şərait yaradır. İnsanlar arasında isə bununla bağlı fikir ayrılığı mövcuddur. Belə ki, sosial şəbəkə istifadəçələri arasında bu xidmətdən məmnun qalanlar da, adları uzun-uzadı növbələrə düşənlər də olub. Həttta xəstəxanaya təyinatın tezləşməsi üçün “şirinlik” şərti qarşısında qaldıqlarını deyənlər də var. Anlaşılan odur ki, pulsuz müalicə təyinatında anlaşılmazlıq var. Əgər birinin özəl xəstəxanaya yazılmaq üçün pulu yoxdursa və təcili müalicəyə ehtiyacı varsa, növbəyə durmalıdır? Səbr etməlidir ki, hansısa dövlət xəstəxanasında yer boşalar və onu ora köçürdərlər? Axı əcəl səbrli deyil, ölüm riskli insanların müalicəsini çox gözlətmək olmaz. Əlbət bunu həkimlər də bilir. Bəs xəstəxanalardakı növbəlilik sistemi necə tənzimlənməlidir? Deməli qərarı tibb müəssisəsi verir. Təki ağ xalatlıların bu məsələdə qərarı “hörmət”ə yox, “səhhətə” görə verilsin. Hərçənd ara-sıra həkimlərin “qara kassa” görüntüləri yayılır, tutulanlar da olur. Yenə də mövzunu dəqiqləşdirmək üçün TƏBİB-lə əlaqə saxladıq. Qurum rəsmisi qeyd etdi ki, tibb müəssələrində həssas əhali qrupuna aid olan şəhid ailə üzvləri və müharibə iştirakçıları üçün tibbi xidmətlərin göstərilməsi növbəsiz əsasla həyata keçirilir.
AYTƏN SAKİTQIZI HƏZRƏT BAYRAMLI APA TV