Xəstəxanalarda sistemlər niyə işləmir? – Səhər 8-də gələn axşam güclə çıxır
Bu görüntülər 15 saylı Şəhər Poliklinikasında vətəndaşlar tərəfindən çəkilərək qısa zamanda sosial şəbəkələrdə paylaşılıb. Videodan da aydın görünür ki, xəstəxana məlumatlarının idarəetmə sistemi işlək vəziyyətdə deyil. Bu isə uzun növbələrin yaranmasına səbəb olur. Mövzu ilə bağlı cavabdeh qurum olan TƏBİB-lə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məsələdən məlumatlı olduqlarını bildirdi. Sistemin dayanmasını da belə izah etdi Oxşar cavabı Səhiyyə Nazirliyindən də aldıq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirildi ki, bu problemə cavabdeh TƏBİB-dir. TƏBİB bir sıra dövlət qurumları ilə inteqrasiyalı fəaliyyətdən bəhs etsə də, tibb sahəsinin digər strukturlarından aldığımız cavablar başqa mənzərə yaratdı. Qurumların cavabından belə məlum oldu ki, xəbərdar olmadıqları məsələnin həlli onların səlahiyyəti xaricindədir. O ki qaldı TƏBİB-in təkmilləşdirmə işlərinə, xəstə vətəndaşlara can sağlığı arzulamaqdan başqa çıxış yolu qalmır. Yəni bu yenilənmələr zamanı səhhətində problem yaşayan insanların həyatda qalmaq ümidilə saatlarla növbədə qalması qaçılmazdır. Əslində təkmilləşdirmə prosesi də başqa cür aparılmalıdır. Çarə axtarışında olan xəstə sistemin yenilənməsinə də çarə qılmalı deyil ki?! Elə növbəti müsahibimin də sözündən eyni məntiq hasil oldu. Deməli, səbəbi təkmilləşdirməyə sırınan problemi vətəndaşı gözlətmədən də həll etmək olurmuş. Sadəcə məsuliyyətdən yaxa qurtarmaq üçün ən asan yol “sistemdə yenilənmə gedir” deməkdir. Əziyyət çəkənlər isə yenə də sadə vətəndaşlardır. Bu isə onların öz hüquqlarını bilməli olduğunu qabardır. Və bu halda məsuliyyəti aidiyyəti qurum və qurumun yalan danışan əməkdaşları daşıyır. Ümid edirik ki, qeyd olunan dırnaqarası təkmilləşdirmə camaatı bir daha növbəyə təhkimləşdirməz.
AYTƏN SAKİTQIZI HƏZRƏT BAYRAMLI APA TV