Xocasəndə baş verən dəhşətli qətlin təfərrüatları – “İçib-içib döyürdü” - APA TV hadisə yerində

Hadisənin necə baş verdiyini öyrənmək üçün onların ailə üzvlərinə yaxınlaşdıq. Üzünün görünməsini istəməyən qohumlardan biri dedi ki, Bayram Fətəliyevin əqli geriliyi var. Qonşularla da danışmağa çalışdıq. Onların sözlərinə görə, iki qardaş arasında həmişə söz-söhbət olub. Onlar həmçinin, uşaqlıqdan əqli qüsuru olan Bayram Fətəliyevin ata və anasının vəfatından sonra baxımsız vəziyyətdə olduğunu da bildirdilər. Qeyd edək ki, Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Bayram Fətəliyev iş üzrə şübhəli şəxs qismində tutulub. LƏMAN SALEHOVA ZİYA ALLAHYAROV APA TV

Müəllif | Apa.Tv
Apa.tv