“Yadigardı, Füzulidən gətirmişəm, ora da aparıram”
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 13-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 112 nəfər köçürülüb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. 13 dekabr 2023-cü il tarixinə əsasən, işğaldan azad olunmuş ərazilərdə 4124 nəfərdən ibarət 1037 ailənin daimi məskunlaşması təmin edilib. Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 358 ailənin, yəni 1298 nəfərin daimi məskunlaşması təmin edilib.
AYNUR QARA ARİF ƏLİYEV APA TV