Yenicə 10-cu uşağı doğulan ata çarəsiz vəziyyətdədir

Bir neçə gün əvvəl Salyanın Qaraçala kəndində yaşayan Abdullayevlər ailəsində 10-cu oğul övladı dünyaya gəldi. Ailə növbəti dəfə sevinc yaşadı. Amma bu ailənin başçısının bir gözü sevincdən güləndə, bir gözü sosial problemlər ucbatından ağlayır. Ailə başçısı Əflan Abdullayev deyir ki, ailəsini fəhləliklə, ustalıqla dolandırır. O da iş olandan, olana. Abdullayevlər çoxuşaqlı ailə kimi müavinət alsalar da bu pulla ay ərzində dolanmaq ailə üçün mümkünsüzdür. Uşaqlardan beşi məktəbli olsa da yalnız ikisi məktəbə gedir. Abdullayevlərin 7-ci sinifdə oxuyan qızı Əsmər deyir ki, paltarımız, məktəbli ləvazimatlarımız yoxdur. Məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumdan verilən cavab isə belə oldu. Stat: “Salyan rayon sakini Abdullayev Əflan Əzizxan oğlunun həyat yoldaşı Abdullayeva Gülşən Asif qızına beşdən çox uşağı olan qadın olduğu üçün hazırda 945 manat məbləğində müavinət ödənilir. Yeni doğulan 10-cu övladına uşağın şəxsiyyətini təsdiq edən sənəd aldıqdan sonra müavinəti 105 manat da artırılaraq 1050 manata çatdırılacaq. Ailəyə 2022-ci ilin iyul ayından hər ay 835,58 manat ünvanlı sosial yardım da ödənilib. Lakin 2023-cü ilin aprel ayında ailə üzvlərinin sayında, yəni ailə tərkibində dəyişiklik olması səbəbindən yardım dayandırılıb. 2023-cü ilin avqust ayında Əflan Abdullayev ailəsinə yenidən ünvanlı sosial yardım təyin edilməsi üçün müraciət etsə də, onun aktiv VÖEN sahibi olmasına baxmayaraq dövrü olaraq müvafiq ödənişləri etməməsi səbəbindən yardım təyin edilməyib. Onunla əlaqə yaradılıb. Məlum olub ki, Əflan Abdullayev artıq VÖEN-lə bağlı ödənişlərini həyata keçirib. Yeni doğulan 10-cu övladına uşağın şəxsiyyətini təsdiq edən sənəd aldıqdan sonra ünvanlı sosial yardımla bağlı təkrar müraciət edəcək.” Statın sonu.

Əlibəy Zeynallı Elçin Həsənov

Müəllif | Apa.Tv
Apa.tv