Zaqatalada bir ailə ötən əsrdən bəri tarixi abidənin keşiyini çəkir
Tarixçilər isə bu abidənin yerli camaatın, rayonun tarixi üçün əhəmiyyətli tarixi nümunə olduğunu bildirirlər. Kebeloba gülləsi 17-ci əsrin sonlarında bölgədə yaradılmış Car-Tala camaatlığı dövründə müdafiə məqsədi ilə tikilib. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Zaqatala rayonunun, Kebeloba kəndində yerləşən “bürc” yerli əhəmiyyətli memarlıq abidəsidir. Tarixi abidənin mühafizə olunmasına Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur: “Bildirmək istərdik ki, tarixi abidələr dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Bu məqsədlə abidələr müvafiq siyahıya daxil edilir və investisiya layihələrinin icrası çərçivəsində bərpa olunur. Qeyd olunan abidənin də növbəti illərdə bərpası nəzərdən keçiriləcəkdir. Həmçinin ölkə ərazisində bərpaya ehtiyacı olan tarixi abidələrin çoxluğunu nəzərə alaraq, belə tarixi tikililərin qanunvericilik çərçivəsində ianələrlələ bərpa edilərək və istifadə edilməsində də maraqlıyıq. Bu istiqamətdə Dövlət Xidməti tərəfindən müəyyən təbliğat işləri aparılır. Abidənin bərpa və istifadəsi ilə bağlı təkliflər olarsa, dəyərləndirməyə hazırıq ” – deyə qurumdan bildirildi.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV