Zaqatalada dönərdən zəhərlənənlərin vəziyyəti açıqlandı
Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Mayın 7-də saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Bu barədə APA-nın yerli bürosuna TƏBİB-dən bildirilib. Məlumata görə, onlardan 15-i uşaqdır. Zəhərlənənlərin yaxınları bildirir ki, həmin şəxslərin dönər yedikdən sonra səhhətlərində narahatlıq yaranıb. Qeyd edək ki, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV