Zaqatalada yaxın qohumlar zəhərləndilər, vəziyyətləri ağırdır
Zaqatalada yaxın qohumlar pomidor turşusundan zəhərləniblər, vəziyyətləri ağırdır. Hadisə rayonun Yuxarı Tala kəndində baş verib. 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov ötən gün zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı Mollahacı Ramazanovun pomidor turşusundan zəhərləndiyi məlum olub. Mollahacı Ramazanovun vəziyyəti ağır olduğu üçün Respublika Toksikolojiya Mərkəzinə göndərilib. Bu gün isə Mollahacı Ramazanovun dayısı 1963-cü il təvəllüdlü Murad Ramazan oğlu Ramazanov zəhərlənmə əlamətləri ilə Zaqatala Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Müayinə zamanı Murad Ramazanovun ötən gün qohumu Mollahacı Ramazanovla eyni vaxta pomidor turşusundan zəhərləndiyi məlum olub. Murad Ramazanova lazımı tibbi yardım göstərilib və onun da vəziyyəti ağır olduğu üçün Respublika Toksikolojiya Mərkəzinə göndərilib. Faktla bağlı araşdırma aparılır.
Vuqar Heydərov, Əhməd Fərruxoglu, APA TV