Ova gedən və ovçu olmaq istəyənlər bu şərtləri bilməlidir...

"Ov mövsümünün açıq elan olunması o demək deyil ki, kim, harda gəldi, ov edə bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyini ovçulara bir daha xəbərdarlıq edir ki, icazə verilən ovların qoruq ərazilərinə heç bir aidiyyatı yoxdur. Hər kəs bilməlidir ki, ilin bütün fəsillərində qoruq ərazilərində ov etmək qadağandır".

"Sosium" verlişində  Ekologiya və Təbii Sərvətlər Nazirliyini biloji müxtəlifliyin qorunması  departamentin direktor müavini Hikmət Əlizadə ovçulara və ovçu olmaq istəyənlərə bəzi məsləhətlər verib. Onun sözlərinə görə, bir çox adamlar ov mövsümünün açılışı zamanı nəzərdə tutulan icazələri yanlış anlayaraq, qoruq ərazilərinə daxil ola bilər ki, buda onlara baha başa gələ bilər: "Qanunlar çox sərtləşdirilib. Hər kəs bilməlidir ki, qanunu bilməmək məhsuliyyətdən azad etmir. Tutaq ki, kimsə bilərəkdən və ya bilməyərəkdən qoruq ərazisinə daxil olaraq, ceyran və ya maral vurub. Bu halda 3 min manata qədər cərimə  və hətda  bir ilə qədər azadlıqdan məhrum edilir. Ən yüngül halda islah işləri verilə bilər. Yəni burda bir cinayət tərkibinin də olduğunu hər kəs bilməlidir. Belə hadisələr olub. Bir nəfər Şirvan Milli Parkında ceyran vurmuşdu. Həmin adam əlində şikarla tutuldu və məhkəməyə verildi. Cəriməni ödəməklə yanaşı, bir il azadlıqdan mərhum edildi".

 

O ki qaldı qoruq olmayan yerlərdə icazəsiz ov etməyə, nazirlik rəsmisi deyib ki, bu halda da yüksək məbləğdə cərimələr var: "Məsələn, kimsə əlində silahla ov edərkən tutularsa, hətda ov etməmiş olsa belə cərimə olunur. Həmin adam ov etməsə də, min manatdan iki min manata qədər cərimə olunur. Əgər həmin adam artıq icazəsiz ov edibsə, əlavə olaraq, şərti maliyyə vahidinin iki yüz mislinə qədər cərimə olunur. Bundan əlavə hər kəs bilməlidir ki, istənilən vaxt ova icazə verilmir. Nazirliyin ov mövsümü ilə bağlı şərtlərinə nəzər etsələr, görərlər ki, konkret günlər,ovlanacaq heyvanların adları və sayları müəyyənləşib. Ov günləri qanunvericiliklə şənbə və bazar günləri müəyyən edilib".

 

Bəzi ovçuların bu cür şərtlərdən və qadağalardan narazılıq etməsinə qəlincə Hikmət Əlizadə bildirib ki, narazlıqlar mənasızdır. Bu qadağalar olmazsa, bir çox heyvanların nəsili kəsilə bilər: "Qadağalar, qorumaq və tənzimləmə zəruridir. Bir çox heyvanların nəsili kəsilmək üzrə edirir. Nəzarət və qadağalar daha da sərtləşdirildikdən sonra xeyli irəlləyiş olub. Məsələn 70-ci illərdə ceyranların nəsili kəsilmək üzrə idi. 170 baş ceyran  qalmışdı. İndi isə onların sayı 7000-ni keçib. Çalışırıq, hətta ovuna icazə verilən heyvanların da sayını tənzimləyək. İcazə normativlərini elə qoyuruq ki, ümumi saya təsir etməsin. Məsələn bu il 20-30  sayda təkəyə , 600 baş dovşana icazə verilir. Bəzən olur ki, kimlərsə deyirki, heyvanların sayını müəyyənləşdirmək mümkün olan iş deyil. Amma bu yalnış yanaşmadı. Heyvanların ildə iki dəfə, qış və payız sayqısı həyata keçirilir. Bir sıra üsullar var. Müasir metodikadan da istifadə edirik. xüsusi qurğular var ki, onların vasitəsi ilə filan ərazidə hansı heyvanın olduğunu, təxminən nə qədər olduğunu, daimi və müvəqqəti sakin olduğunun müəyyənləşdirik. Xüsusi fotoparatlar var ki, gecə yaxınlığından bir heyvan keçən kimi çəkir və bəli olur ki, həmin ərazidə nə baş verir".

 

"Bəs ovçu olmaq üçün nə etmək lazımdır?" sualına nazirlik rəsmisi birinci növbədə "hər adam ovçu ola bilməz" cavabını verib: "Silah üçün ilk növbədə Daxili İşlər Nazirliyindən icazə alınmalıdır. Orda müəayyən şərtlər var. Məsələn, həmin ilk növbədə məhkumluğu olmamalıdır, yetginlik yaşına çatmalıdır. Bundan sonra Ekologiya Təbii Sərvətlər Nazirliyinə müraciət edib, ovçu bileti almaq lazımdır. Nazirliyə xüsusi ərizə ilə müraciət edib, komissiyadan keçmək lazımdır. Komisiyada test sualları qoyulur. Bu test sualları vasitəsi ilə adamın heyvanlar, ovçuluq, təbiiət haqda nə dərəcədə məlumatlı olduğu öyrənilir. İmtahandan keçən adam iki il ərzində ölkə ərzasində ov etməyə icazə verən sənət təqdim olunur. Rüsum cəmi 11 manatdır".

 

Müəllif | Apa.Tv