Pərviz Musayev: “Azərbaycana turist cəlb etmək üçün ən münasib ölkələr BƏƏ və Səudiyyə Ərəbistanı ola bilər”
“Azərbaycana turist cəlbində əsas problem sadələşdirilmiş viza rejiminin və ölkəyə birbaşa reyslərin olmamasıdır. Bu iki problem həll olunarsa ölkəyə gələn turistlərin sayını xeyli artırmaq olar”. Bu fikirləri APA TV-də yayımlanan "Sosium" proqramında uzun illər Yaxın Şərq ölkələrinin turizm sektorunda çalışmış mütəxəssis Pərviz Musayev deyib.
Onun sözlərinə görə, Azərbaycan özünə bir neçə prioritet ölkə seçməklə bu problemi aradan qaldıra bilər: "Bu gün inkişaf etmiş ölkələrin əksəriyyəti bu üsulla turizmin inkişafına nail olur. Azərbaycanda daxili turizm sektorunun zəif olmasının başlıca səbəbi prioritet ölkə seçilməməsidir. Məsələn, Türkiyə, Misir, Rusiya özünə prioritet ölkələr seçir və həmin ölkələrlə viza rejimini sadələşdirməklə yanaşı, bu ölkələrə xüsusi təyyarə reysləri təşkil edir. Prioritet ölkələrin vətəndaşları isə əlbəttə ki, ölkə seçərkən səyahət etmək ən asan olan ölkəni seçirlər".
Pərviz Musayev hesab edir ki, Azərbaycan üçün başlanğıcda ən münasib prioritet ölkələr Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ola bilər: "Biz ərəb ölkələrindən kifayət qədər turist gətirə bilərik. Müştəri məsələsində mentalitet böyük rol oynayır. Onlar üçün biz maraqlı ölkəyik. Sadəcə həmin ölkələrin vətəndaşlarına bu imkanları göstərmək lazımdır. Bunun üçün birbaşa reyslər təşkil edilməli, viza rejimi sadələşdirilməlidir. Məsələn bu gün Rusiyadan Misirə gedən turist 15 dəqiqə ərzində hava limanında viza alır. Azərbaycana gəlmək istəyən əcnəbilər üçün də bu qədər gözəl şərait yaradılmalıdır. Bundan əlavə Azərbaycanda çox qəribə adətlər var ki, bunlar turizmə böyük zərbə vurur. Bayramlarda, əlamətdar günlərdə biletlərin qiymətləri bahalaşır. MəsələnŞ Novruz bayramında həmişə qiymətlər qalxır. Biletin qiymətini qaldırmaq əvəzinə əlavə reys artırıb, qiymətdə güzəşt etmək, inkomminqə üstünlük vermək lazımdır".
Azərbaycanda turist kimi qeydiyyatdan keçən adamların əksəriyyətinin əslində turist olmadığını deyən Pərviz Musayev bildirib ki, rəqəmlər xaricdə yaşayan azərbaycanlıların və o cümlədən Azərbaycanda işləyən xarici ölkə vətəndaşlarının ailələri hesabına artır: "Rəsmilər deyir ki, keçən il Azərbaycana 2 milyon yarımdan çox turist gəlib. Amma bu rəqəmin 1.5 milyonunu turist kimi qəbul etmək olmaz. Rusiyada yaşayan azərbaycanlılar ölkəyə girib çıxdıqda və ya diplomatik korpusun nümayəndələri gəlib-gedəndə onların sayı təkrarən hesablanır. Nəticədə bu rəqəm ortaya çıxır".
Bölgələrdə fəaliyyət göstərən turizm obyektlərində və o cümlədə otellərdə qiymətlərin olduqca baha olduğunu deyən mütəxəssis bunun səbəbini turizm sektorunda qiymətlərə nəzarət mexanizminin olmaması ilə əsaslandırıb: "Bəzi ölkələrlə müqayisədə Azərbaycanın daxili turizmində imkanlar çoxdur. Həm coğrafi, həm də maddi baxımdan belə imkanlar var. Sadəcə idarəetmə lazımdır, işi bilənlərə vermək lazımdır. Turizmi yüksək inkişaf etmiş ölkələrdən Azərbaycana mütəxəssislər cəlb etmək lazımdır. Yoxsa bizdəki kimi hər turizm obyektində bir qiymət qoyulmamalıdır. Bu prosesə bir nəzarət olmalıdır. Müştəri məcbur olur, 3 gün əvəzinə 2 gün dincəlir və ya ümumiyyətlə istirahətə getmir. Hesab edirəm ki, turizm qiymətlərinə nəzarət edən xüsusi sektor yaradılmalıdır".
Qonaq son vaxtlar Azərbaycandakı turizm şirkətlərinin Türkiyəyə Gürcüstan üzərindən daha ucuz qiymətə getmək təkliflərinə də aydınlıq gətirib: "Bu Azərbaycandan qardaş Türkiyəyə hələ də biletlərin baha qiymətə təklif olunması ilə bağlıdır. Bu məsələyə yenidən baxılmalıdır. Bilirsiniz, Gürcüstan üzərindən Türkiyəyə səfər niyə ucuz başa gəlir? Bir hava yolları şirkəti var. Əsas ofisi Türkiyədə olsa da, baza ofisi Moskvada yerləşir. Gürcüstanda da fəaliyyət göstərir. Onlar çox ucuz uçuşlar təklif edir. Səhv etmirəmsə, Gürcüstandan əvvəl Azərbaycana belə bir təklif etmişdilər. Amma görünən odur ki, bu imkanı əldən veriblər".
Bu gün Azərbaycanda vətəndaşların əldə etdikləri turpaketin qiymətini hissə-hissə ödəmək imkanları var. Amma təəssüf ki, bu, müştəriyə heç də ucuz başa gəlmir. Pərviz Musayevin sözlərinə görə, Azərbaycanda belə təkliflər ilk baxışdan cəlbedici olsa da, istirahətdən sonra ödənişləri edərkən şərtlərin nə qədər ağır olduğunu görməmək mümkün deyil: "Kredit üsulu ilə istirahətə getmək imkanları var. Amma araşdırsanız görərsiniz ki, faizlər nə qədər yüksəkdir. Bu, düzgün deyil. Bir sıra ölkələrdə bu təcrübə var. İnsanlara istirahət üçün ən münasib imkanlar yaradırlar. Daha bizdəki kimi faizləri az qala ikiqatına qaldırmırlar. Əlbəttə ki, turizm şirkətləri qiymətin üzərinə öz haqqını qoyub təklif etməlidir. Ancaq insafla..."