Cəsarət Valehov: “Təhsil Nazirliyi yeni tədris ilindən müəllim hazırlığı işində yeni standartlara keçir”
Təhsil Nazirliyi yeni tədris ilindən müəllim hazırlığı işində yeni standartlara keçir. Pedaqoji kadr hazırlayan ali məktəblərin tədris proqramlarında dəyişiklər olacağı gözlənilir. Bu barədə APA TV-də yayımlanan "Sosium" verilişində Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, yeni tədris ilində 300 tələbəyə 100 manat təqaüd verilməsi bu planın tərkib hissəsidir: "Bu təşəbbüslərin irəli sürülməsində əsas məqsəd yüksək bal toplayan savadlı təbəqəni müəllimlik ixtisasına cəlb etməkdir. Bu meyarlarla ali məktəbə qəbul olan gənclər gələcəkdə nəinki orta məktəblərdə, hətta ali təhsil ocaqlarında müəllim işləyə biləcəklər. Bu günə kimi az bal yığan, ikinci müsabiqədən keçən və ya istədiyi ixtisasa düşməyib, boş qalmamaq üçün müəllimlik ixtisasını seçənlərə şərait yaradılmayacaq. Müəllimlik peşəsini sevib, buranı birinci seçənlər seçiləcəklər. Düşünürük ki, fərqlənən tələbəyə əlavə olaraq 100 manat təqaüd yaxşı məbləğdir".
100 manat təqaüdlə işin bitməyəcəyini deyən Cəsarət Valehov müəllim hazırlığında ciddi dəyişiklərə nail olmaq üçün ali məktəb müəllimlərini də sınağa çəkəcəklərini, daha yaxşılarını saxlayacaqlarını bildirib: "Tədris edənlərin yenidən hazırlanmasına başlanılıb. Öyrədənləri öyrədənlər üzərində işləmək lazımdır ki, köklü dəyişikliyə nail olaq. Bundan əlavə müəllim hazırlığında nəzəri baza ilə yanaşı təcrübə mübadiləsi də artırılacaq. Müəllimlik ixtisası seçən gənclərin daha çox təcrübə keçməsi nəzərdə tutulur. Ən azından bir il dərs dedikdən sonra diplom alacaqlar".
Təhsil Nazirliyi bölgə məktəblərinə müəllimlərin marağını da artırmaq üçün yeni planlar hazırlayır. Nazirlik rəsmisinin sözlərinə görə, bu yaxınlarda yeni planın Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur: "Ucqar bölgələrdə müəllim olmaq istəyənlərin əməyinin stimullaşdırılması üçün yeni tədbirlər planı hazırlanır. Yaşayış şəraitinin yaxşılaşdırılması üçün mövcud proqramda kifayət qədər yeniliklər gözlənilir. Bu gün bölgəyə gedən müəllimlərə yerli icra hakimiyyəti orqanlarının şərait yaratmasında bir sıra mübahisəli məsələlər var. Onların bir qisminin həlli gözlənilir".
Müəllimlərin sınaq imtahanın nəticələrindən danışan Cəsarət Valehov bildirib ki, bu gün artıq Təhsil Nazirliyi kimin nəyə qadir olduğunu yaxşı bilir: "İlk dəfə Bakıda 30 mindən çox müəllim sınaq imtahanında iştirak etdi. Artıq həm fənn bilikləri, metodika və o cümlədən kommunikativ biliklərlə bağlı məlumat bazamız var. Sınaqda iştirak edən müəllimlərin 14 faizi zəif, 18 faizi yaxşı, qalanları qənaətbəxş nəticə göstərib. Müəllimin qabiliyyəti həm də fənlər üzrə ayrıca hesablanır. Bir neçə gündən sonra müəllimlərin imtahanı da olacaq. 3 min vakansiya ayılıb. Keçən ilki kimi bu dəfədə boş qalan yerlərə əlavə güzəştlərin edilməsi nəzərdə tutulmur. Yalnız yaxşılar seçiləcək. Bir daha qeyd edirəm ki, tələblər günü-gündən daha da mürəkkəbləşir".
Fəaliyyəti dayandırılan liseylərdə oxuyan şagirdlərin aqibətinə gəlincə, sektor müdiri bildirib ki, artıq şagirdlərin yarıdan çoxu müxtəlif məktəblərə yerləşdirilib: "Bu şagirdlərin yarısı Bakıda, yarısı bölgələrdə yaşayır. Bakıda yaşayanların artıq 300-350 nəfəri paytaxt məktəblərində yerləşdirilib. Onu da deyim ki, şagirdlərinin məktəblərə yerləşdirilməsi zamanı onların valideynlərinin də rəyləri nəzərə alınır. Valideynlərlə iş mərkəzi fəaliyyət göstərir.
Burada valideynlərin istək və arzularına uyğun məktəblər seçilir".