Qətibə Əsədova: ““Qocalar evi”ndə vəfat edənləri kimsəsiz kimi dəfn edirik”
Son vaxtlar “Qocalar evi”nə axın çoxalıb. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişində Müharibə və əmək əlilləri üçün pansionatın direktoru Qətibə Əsədova məlumat verib.
Onun sözlərinə görə, son zamanlar pansionata gətirilən yaşlı insanlar içərisində maklerlər və ya hansısa fırıldaqçılar tərəfindən aldadılanlar var: "Çox təəssüflə deyirəm ki, belə faktlar var. Bəzən maklerlər qocaları dilə tutub, evini satdırıb, sonra gətirib bura atırlar. Elə olur ki, pulunu alır və küçəyə buraxırlar. Onları sonradan kimlərsə yoldan tapıb gətirirlər. Hesab edirəm ki, yerli icra orqanları, mənzil istismar idarələri, sosial təminat şöbələri adına ev olan qocaların siyahısını tutmalı, onlar haqda araşdırmalar aparmalıdırlar ki, bu cür halların qarşısı alınsın. Fikrimcə, bu cür insanların evləri hansısa fırıldaqçıya qismət olunca, onları siyahıya alıb, evlərini yeni evlənən evsiz ailələrə vermək lazımdır. O insanlar əminəm ki, “Qocalar evi”ndə olan ev sahibinə öz valideyni kimi sahib çıxacaqlar".
1964-cü ildən fəaliyyət göstərən "Qocalar evi"nin yenidən inşa olunmuş, hər bir şəraiti olan 3 müasir binaya köçürüldüyünü deyən Qətibə Əsədova hal-hazırda pansionatda 171 sakin olduğunu və onların hər birinin dövlət tərəfindən yemək, müalicə və müxtəlif tələbatlarla təmin edildiyini bildirib: "Bilirsiniz, dövlət onların bütün təminatını ödəsə də, onların üzündən kədər əksik olmur. Dünyasını dəyişəndə onları kimsəsiz kimi dəfn edirik. Qəbrini götürmürük, yas vermirik. Bəzən elə olur ki, “Qocalar evi”nə gələndən qısa müddət sonra onlar ağır xəstəliyə düçar olub, ölürlər. Bu daha çox fikirdən, dərddən baş verir. Çox yaxşı olardı ki, onların yaxınları heç olmasa dəfndə iştirak etsinlər, övladlar heç olmasa son mənzilə gedərkən valideynini çiyninə alsın ".
Yeni proqram əsasında 11 nəfərin öz ailəsinə qaytarıldığını deyən pansionat direktoru onların hər birinə ayrı-ayrılıqda nəzarətin həyata keçirildiyini bildirib: "Biz çalışırıq araşdırmalar əsasində bu insanların bir qismini öz ailəsinə və ya sosial ailələrə verək. Bu çox yaxşı bir təcrübədir. Əlbəttə ki, biz, onların ahıl çağlarında öz doğmalarının yanında olmasını istəyirik. Onları övladları ilə barışdırmaq lazımdır. Bu, onlar üçün çox yaxşıdır. Bizim sakinlərin hamısı yaxşı pensiya alırlar. Ailələr elə həmin pensiya hesabına onları saxlaya bilər".
“Qocalar evi”ndə 63 yaşdan yuxarı insanlar məskunlaşdırılır. Qətibə Əsədova bildirib ki, keçmiş rəhbərliyin təcrübəsizliyi ilə əlaqədar "Qocalar ev"ində 18 nəfər 63 yaşdan aşağı insan olub ki, onlar da artıq başqa yerə, müalicə pansionatına köçürülüblər.