Azərbaycanda Günərzi Qayğı Mərkəzlərinin sayı artırılacaq
Azərbaycanda Günərzi Qayğı Mərkəzlərinin sayı artırılacaq. Gələcəkdə bütün rayonlarda bu cür mərkəzlərin olması planlaşdırılır. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişində Əmək Əhalinin Sosial Müdafiə Nazirliyinin sosial təminat siyasəti şöbəsinin müdiri Səbinə Cəfərova məlumat verib.
Onun sözlərinə görə, ötən ildən fəaliyyətə bağlayan bu mərkəzlərin sayı artıq 10-u keçib: "Keçən il 8 rayonda Günərzi Qayğı Mərkəzi var idi. Bu il isə daha 4 mərkəz yaradılaraq, onların sayı 12-yə çatdırılıb. Təcrübə göstərir ki, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq vəziyyəti məhdud uşaqlar üçün nəzərdə tutulan bu cür mərkəzlərə bütün rayonlarda ehtiyac var. Amma bu gün biz çalışırıq ki, əsasən ən çox tələbat olan rayonlardan başlayaq. Getdikcə imkanlarımız, istiqamətlərimiz böyüyür. Keçən il 17, bu il 23 istiqamətdə elan vermişdik. Hər istiqamət üzrə bir və ya bir neçə QHT seçildi. Bu mərkəzləri ən yaxşı QHT-lərə vermək istəyirik, hansılar ki bu işin öhdəsindən gələ bilər. Hələlik bu günə kimi tenderdə qalib gələnlərlə bağlı problemlərimiz olmayıb".
Belə mərkəzlərdə uşaqlar üçün hər cür şərait yaradıldığını bildirən Səbinə Cəfərova deyir ki, bu mərkəzlərin əsas məqsədlərindən biri əlil uşaqların dövlət müəssisələrinə verilməsinin qarşısını almaqdır: "Bu mərkəzlər əlil uşağı olan ailələr üçün, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün gözəl fürsətdir. Bəzi valideynlər uşaqlarını bura qoymaqla rahat şəkildə iş dalınca da gedə bilirlər. Uşaqlara gəldikdə isə onlara burada hər cür məşğələlər keçirilir. Azərbaycan ailələrində bilirik ki, əlil uşaqlar çox vaxt digər sağlam uşaqlardan kənarda qalır, evdən bayıra çıxa bilmirlər... Amma burada onlar sağlam uşaqlarla birgə təlim keçirlər. Onlarla xüsusi təlim keçmiş, təcrübəli sosioloqlar, psixoloqlar məşğul olurlar. Bir sözlə bu mərkəzlər həmin uşaqların cəmiyyətə uyğunlaşmasına, sosiallaşmasına kömək edir".
Yeni sosial xidmətlərdən danışan nazirlik rəsmisi bildirib ki, ailələrdə olan əlil uşaqların reabilitasiyası və o cümlədən bu cür uşaqların olduğu ailələrə psixoloji və hüquqi yardımların həyata keçirilməsi üçün icma əsaslı xidmətlər genişləndirilib: "Bu xidmət bir növ Günərzi Qayğı Mərkəzlərinin alternatividir. Məsələn, hansısa rayonda sağlamlıq imkanları məhdud insanların sayı 100-dən azdırsa, bizim dəstəyimizlə QHT-lər fərdi xidmətlər göstərirlər. Əlilliyi olan uşaqları rayon mərkəzlərinə gətirmək çətin olduğundan təxminən 100-ə qədər işçi onlara xidmət göstərir. Həftədə 2 dəfə məşğələləri olur. Əməkdaşlar bu zaman analara da dəstək olmağa çalışırlar. Çünki belə valideynlərin də reabilitasiyaya ehtiyacı var".
Bu il sağlamlıq imkanları məhdud 117 uşağı valideynləri ilə birlikdə xaricə ölkələrə reabilitasiyaya göndərdiklərini deyən şöbə müdiri bildirib ki, gələn ildən sosial xidmətlər sistemində bir az dəyişiklik etmək, yeni prioritet istiqamətləri təcrübədən keçirmək planları var: "Həmin uşaqlara bu xidmətlərin əvvəldən axıra qədər necə təsir etdiyini öyrənmək fikrindəyik. BMT Uşaq Fondu ilə müzakirələr gedir. Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə qaytarılması üçün mümkün variantları həyata keçirmək niyyətindəyik".