Dövlət Komitəsi toy mərasimlərində israfçılığın qarşısını almaq üçün təklif irəli sürdü - YENİLİK
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evlərində israfçılığın qarşısının alınması üçün toy sahibləri ilə sahibkar arasında müqavilə bağlanması təklif ilə çıxış edir. Artıq bu istiqamətdə komitə bəzi hazırlıqlar həyata keçirir.
Bu barədə APA TV-də “Sosium” verilişinin qonağı olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarət xidmətinin şöbə rəisi Mənsim Babayev məlumat verib.
Son zamanlar qiymət və yemək çeşidlərinin həddən çox şişirdildiyini deyən komitə rəsmisi bildirib ki, israfçılığın və bəzi qanunsuz hərəkətlərin qarşısını almaq üçün belə bir müqaviləyə ehtiyac yaranıb: " Bilirsiniz ki, hər bir şadlıq evində sifarişlər toy sahibi ilə sahibkar arasında olan razılıqla baş tutur. Amma bu razılıq rəsmi şəkildə olmur. Ona görə də biz şadlıq evi rəhbərliyinə yemək çeşidi və standart menyu qiymətinin toy ərəfəsi bir qədər də bahalaşması kimi iradlar tutanda çox vaxt bu cavabı verirlər: "Toy sahibi belə istəyir"... Bu səpkili bəhanələrinin son zamanlar həddən çox artması müşahidə olunur. Hesab edirik ki, müqavilələrin bağlanması standartda öz əksini taparsa, bu məcburi tələb olarsa və bu müqavilənin şərtləri pozularsa, sahibkarı məsuliyyətə cəlb etmək olar".
Şadlıq evlərində aparılan yoxlamalarla bağlı son 7 ayın statistikası barədə məlumat verən Mənsim Babayev bildirib ki, bu müddət ərzində ümumilikdə 75 restoranda yoxlamalar aparılıb ki, onlarında 36-da standart şərtlərinin pozulduğu qeydə alınıb: "Əsas problemlər - salatlar, mənşəyi məlum olmayan konservəşdirilmiş məhsullardan istifadə olunmasıdır. Hətta elə restoranlar var ki, 5-6 cür salatın hazırlanmasına qadağa qoymuşuq. Amma xeyri yoxdur, sabah başqa bir adla həmin salatı süfrələrə verirlər. Elə salatlar var ki, müddəti cəmi altı saatdır. Restoranlarda isə bunu səhərlər hazırlayıb, axşama kimi saxlayırlar. Ümumiyyətlə mayonez tərkibli salatların saxlama rejiminə və müddətinə əməl edilmir. Bundan əlavə şadlıq evlərinin demək olar ki, əksəriyyətində peşəkar təcrübəyə malik insanlar yoxdur".
Qüsurlar aşkarlanan şadlıq evlərinin müəyyən məbləğdə cərimələndiyini bildirən komitə rəsmisi bu cür cəza mexanizminin heç bir nəticə vermədiyini xüsusi vurğulayıb: "Fiziki şəxslər 1500 manat, hüquqi şəxslər 5000 manat cərimə olunur. Əksəriyyət fiziki şəxslərin adı altında fəaliyyət göstərir. Bu cərimə məbləği olduqca azdır. Hətta elələri də var ki, onlar üçün əslində çox xırda olan cərimələri belə hissə-hissə, məhkəmələrin təsiri ilə ödəyirlər. Yəni bu o deməkdir ki, indiki cəza mexanizmləri onları qəti şəkildə narahat etmir və bildiklərini edirlər. Cərimələmək əvəzinə bu cür şadlıq evlərinin fəaliyyətləri dayandırılmalıdır. Bəlkə onda bir təsir oldu. Bugünkü inzibati məsuliyyətin təsiri yoxdur, qazancın müqabilində cərimə çox azdır".
O ki qaldı şadlıq evlərində qiymətlərin tənzimləməsinə Mənsim Babayev deyib ki, komitənin qiymət məsələsinə hər hansı müdaxilə ixtiyarı yoxdur: "Bazar iqtisadiyyatıdır, hər kəs istədiyi qiyməti diktə edir. Amma ictimai qınaq olarsa, birgə müzakirə aparılarsa və bundan sonra komitə üzərinə müəyyən bir öhdəlik qoyularsa, biz bu işdə irəliləyişə nail olmağa hazırıq... Bizdə razılaşırıq ki, toylarda yetərincə israfçılıq var və bundan daha çox toy sahibləri əziyyət çəkir".