“Belə insanların problemlərini həll etmədən ailə qurmasına şərait yaratmaq özü bir cinayətdir”
“Ailədaxili problemlər həmişə olub, lakin adətən belə məsələlər qapı arxasında qalıb. İndi belə hadisələrin tirajlanması, ictimailəşməsi yaxşı haldır. Cəmiyyət belə situasiyalarda necə davranmaq lazım gəldiyini bilir. Çünki belə hallardan heç kim sığortalanmayıb”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı psixoloq Narınc Rüstəmova deyib.
Narınc Rüstəmovanın fikrincə, cəmiyyətin bütün üzvləri baş verən hallara görə məsuliyyət daşıyır: “Bütün hadisələrdə günah hər bir vətəndaşın üzərindədir. Problemlər həm ümumi, həm də fərdi aspektdə müzakirə olunmalıdır. Yaşadığımız stressli cəmiyyətdə, gərgin iş rejimində konfliktlərin olması təbiidir. Belə halda özünü cilovlaya bilməyən insanların problemləri daha qabarıq şəkildə üzə çıxır. Buna görə də hər kəsin vaxtaşırı psixoloji müayinədən keçməsi şərtdir. Problemlərin çoxunun kökündə psixi problemlər və ruh sağlamlığı durur. Təəssüf ki, bizdə belə düşünürlər ki, bu problemlər evlənəndə, müəyyən yaşa çatanda və ya iş tapanda keçəcək. Lakin bu, sadəcə, problemi görməməkdir və nəticədə həmin problemlər daha da böyüyür”.
Psixoloq Goranboyun Səfikürd kəndində 7 nəfərin, o cümlədən 3 yaşlı körpənin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ailə münaqişəsinə də münasibətini bildirib: “Psixi problemləri olan insanları evləndirmək əvəzinə müalicə etmək lazımdır. Bu o demək deyildir ki, belə insanları tamamilə cəmiyyətdən təcrid etmək lazımdır. Onların problemlərini həll etmədən ailə qurmasına şərait yaratmaq özü bir cinayətdir. Ailədaxili münaqişələr xırda problemlərdən yaranır. Bu faktdan görünür ki, həmin şəxsin psixikası normal deyil. Belə hallarda həkimə, polisə ən sonda yox, problem hiss olunan kimi müraciət etməkdə fayda var. Valideynlər bu problemi uşaqlıqdan hiss etməyə bilməzdilər. Misal gətirdiyimiz hadisədə bir ailənin üç övladının həyatında faciə varsa, bu, həm də ailənin özünün faciəsidir. Belə faciələr korrektə edilməyən xırda problemlərin yığılmasından yaranır”.
Qonaq belə hadisələrin ictimailəşməsini, geniş müzakirə olunmasını faydalı hesab edir: “Son vaxtlar belə problemlər həm cəmiyyətdə, həm də KİV-də geniş müzakirə olunduğundan psixoloqa müraciətlərin də sayı artır. Amma təəssüf ki, valideynlər hər üsula əl atdıqdan sonra bizim yanımıza gəlirlər. Pirə, ocağa getmək, dua yazdırmaq belə üsullardandır. Nəticədə, təəssüf ki, çox vaxt bizim yanımıza gələndə artıq problem çox ağırlaşmış vəziyyətdə olur. Artıq valideynlər uşaqlara nəzarət edə bilməyəndə, uşaq yeniyetməlik yaşına çatanda bizə müraciət edirlər. Belə hallarda çox zaman genetik faktor çox böyük rol oynayır”.
Ailə qurmağa hazırlaşan gənclərin psixoloji müayinədən keçməsinin vacibliyini vurğulayan mütəxəssis bunun gələcək ailənin təməlinin möhkəm olmasına kömək etdiyini deyib: “Dünya təcrübəsində nikahdan əvvəl cütlər psixoloji müayinədən keçirlər, psixoloq onları ailə həyatına hazırlayır. Çox vaxt heç bir psixoloji problemi olmayan ailələrdə də münaqişələr olur. Ailələr öncədən bir-birini tanımalıdır. Çünki yeni ailədə müxtəlif ailə modelləri toqquşur”.
Narınc Rüstəmova son zamanlar boşanmaların artması ilə bağlı maraqlı fikirlər söyləyib: “Əslində, problemli ailələrin boşanmaması daha təhlükəlidir. Mümkünsüz və anlaşmayan insanlar və cütlüklər yoxdur, sadəcə bu problemlərə hazır olmaq lazımdır. İnsanlar bir-birinin mənfi və müsbət cəhətlərinə hazır olmalıdırlar. Araşdırmalar göstərir ki, ailələrin ilk 3 il və 7 ilində ciddi böhranlar gözlənilir. Bu böhran dövrünü zədəsiz ötüşdürməkdə böyüklərin rolu inkaredilməzdir. Ətrafın yanlış müdaxiləsi də boşanmalara səbəb olur. Cütlüklər öz problemlərini görməzdən gəlmək, bu problemləri kənara daşımaq əvəzinə onu anlaşaraq həll etməyə çalışmalıdır. Hər şey kiçik bir bazarlıqdan, uşaqla rəftardan, və s. başlayır, sonra böyüyərək konfliktə çevrilir, xəyanətə gətirib çıxarır. Problemləri kiçik olarkən həll etmək daha asandır. Ailə tamlığı sağlam olmalıdır ki, gələcək uşaqlar daha sağlam mühitdə böyüsün”.
Psixoloq uşaqların tərbiyəsində cizgi filmlərinin rolundan da danışıb: “Milli adət-ənənələri əks etdirən cizgi filmləri çəkilməlidir. İndi uşaqların baxdığı bütün cizgi filmlərində şiddət var. Həm bu filmlərin yaratdığı gərginlik və aqressiya, həm də ailələrdə yaşanan problemlər onların öz gələcək ailələrinə daşınır. Nəticədə onlar ailə qurmaqdan qorxurlar. Amma unutmayaq ki, bütün cinayətkar günahsız körpə kimi doğulurlar”.
Narınc Rüstəmova ailədaxili münaqişələrdə sosial problemlərin rolundan da danışıb: “Avropa ilə müqayisədə bizdə təbəqələşmə o qədər də kəskin hiss olunmur. Sosial problemlər baş verən cinayətlərə haqq qazandırmağa əsas vermir. Sadəcə, insanlar həmişə günahı bu problemlərdə görürlər. Təbii ki, ailədə qadın həmişə güclü kişi istəyir, kişi isə daha çox diqqətlə əhatə olunmaq arzusundadır. Sağlam münasibət olduqda hər şəraitdə xoşbəxt olmaq mümkündür. O qədər imkanlı ailələr var ki, onların daxilində daha dərin problemlər var. İnsanların sosial maraqlarını tam təmin etmək mümkün deyil, çünki istəklər heç vaxt tükənmir”.
Qonaq valideynlərin psixoloqa müraciət zamanı onları ən çox maraqlandıran anonimlik məsələsi ilə bağlı məqamlara da aydınlıq gətirib: “Biz insan ruhu ilə işləyirik, ancaq təəssüf ki, çox vaxt psixoloqları ruhi xəstələrlə işləyən həkim kimi qəbul edir, psixoloqla psixiatrı qarışdırırlar. Bəzən imkanlı ailələr müalicə üçün xaricə üz tuturlar. Lakin hər millətin özünəməxsus etnopsixologiyası var. Hətta bizə ən yaxın olan Türkiyə cəmiyyətində belə etnopsixologiya fərqlidir. Öz sənətinə hörmət edən psixoloq məxfiliyi hər zaman qoruyur. 18 yaşa qədər şəxslərdə bu məxfiliyi yalnız uşağın valideyni ilə bölüşmək olar. Lakin 18 yaşdan sonra valideynlə də bölüşmək olmaz. Yalnız cinayət hallarında bu məxfilik qorunmur. Bu halda mütləq hüquq mühafizə orqanlarına və ailəyə bildirmək lazımdır. Əgər seanslar zamanı məxfilik qorunmasa, psixoloqa 6 aya qədər həbs cəzası düşür”.