“Təhsilin inkişafı üzrə Dövlət Strategiyası əhəmiyyətli dəyişikliklərə səbəb olacaq”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib. Onun sözlərinə görə, Azərbaycanda gerçəkləşdirilən təhsil strategiyası 5 istiqamət üzrə nəzərdə tutulub: “İmzalanan sərəncamın əsas məqsədi təhsilin struktur və mahiyyətinin Azərbaycanın inkişaf strategiyasına uyğunlaşdırılmasıdır. Qeyd olunan istiqamətlər məzmun, müəllim, şəffaf idarəetmənin yaradılması, infrastruktur və maliyyə resurslarının formalaşdırılmasından ibarətdir. Strategiya özü məktəbəqədər təhsildən başlayaraq təhsilin bütün mərhələlərini əhatə edir. Yanvarın 19-da prezident tərəfindən imzalanan fəaliyyət planı təhsilin yol xəritəsidir. Bu strategiya təhsilin növbəti on ilini əhatə edir”.
Təhsildə inkişafı stimullaşdırmaq üçün müəllimlərin əmək haqqının artımından danışan qonaq differensial dəyərləndirmənin müəllimlərin təkmilləşməsinə xidmət etdiyini deyib: “Müəllimlər üçün differensial əmək haqqı planı müəllimin bilik, bacarıq, səriştəsinin, həmçinin gördüyü işin nəticəsinin də nəzərə alınaraq qiymətləndirilməsidir. Təhsil strategiyası da məhz nəticəyönümlü qiymətləndirməni əsas götürür. Bunun ilk addımı artıq bu il yanvarın 16-dan bilik və bacarıqları diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həm əmək haqqının, həm də dərs yükünün artırılması barədə qərarın qüvvəyə minməsidir. Bu avtomatik olaraq dərs yükü normasının artırılması demək deyil. Bu gün məktəblərimizdə 6, 10, 12 saat, həmçinin 24 saat dərs deyən müəllimlərimiz var. Məqsəd müəllimlərin dərs yükü normasının artmasıdır. Məsələn, əgər indi məktəbdə iki müəllim pensiyaya çıxırsa, onların əvəzinə iki yox, bir müəllim işə götürüləcək”.
Nazirlik rəsmisi ilk olaraq Bakı məktəblərində çalışan müəllimlərin əmək haqqının artırılacağını deyib: “Sınaq imtahanının nəticəsi maaşa təsir etmir, yəni nəticədən asılı olmayaraq, imtahandan keçə bilən bütün müəllimlərin maaşı artırılacaq. İlk olaraq bu sərəncam Bakı şəhəri üzrə çalışan müəllimləri əhatə edir. Bakı şəhərində müəllim-şagird nisbəti Azərbaycanın digər bölgələrindən artıqdır. Lakin müəllimlərin sınaq qiymətləndirilməsinin hər hansı coğrafi məhdudiyyəti yoxdur. Bunun Azərbaycanın bütün bölgələrini əhatə edəcəyi gözlənilir. Hal-hazırda bu maaş artımı 30 min müəllimə şamil edilir. Ümumi Azərbaycan səviyyəsində bu, hər 5 müəllimdən birinin əmək haqqının artması deməkdir. İlk olaraq Bakının seçilməsi də, burada 65 rayon təhsil mərkəzinin olmasıdır”.
İlham Nağıyevin sözlərinə görə, yaxın müddət ərzində bölgələrdə də müəllimlər üçün sınaq imtahanları təşkil olunacaq: “Hal-hazırda nazirlikdə bölgələrlə bağlı müzakirələr gedir, məhz hansı bölgədən başlanması araşdırılır. Lakin bunun üçün ilk növbədə bölgələrdə bunun üçün müvafiq mühit formalaşmalıdır. Müəllim-şagird nisbəti optimallaşdırılmalıdır, müəllimlər arasında dərs yükü rasionallaşdırılmalıdır”.
Qonaq ödənişli təhsil üçün mövcud olan qəbul planının ləğvi barədə geniş məlumat verib: “Sərəncamda ödənişli və ya ödənişsiz təhsil sisteminin deyil, qəbul planının ləğv olunmasından söhbət gedir. Bu o deməkdir ki, məsələn, bu gün hər hansı bir ixtisas üzrə əsasən qəbulun 1/3 hissəsi dövlət tərəfindən, qalan 2/3 hissəsi tələbənin vəsaiti hesabına maliyyələşir. Yəni əgər mühəndis ixtisası üzrə 1000 nəfər təhsil alırsa, bunun TQDK tərəfindən keçirilən qəbul imtahanında ən yüksək bal toplayan 300 nəfəri pulsuz təhsil alır, qalan 700 nəfər isə ödənişli əsaslarla təhsil alır. Sərəncamda məhz bu nisbət planının ləğvi nəzərdə tutulur. Xaricdə olduğu kimi, bu plan ali təhsil müəssisənin özü tərəfindən müəyyən olunacaq. Dövlət tərəfindən ali təhsil müəssisələrinə bu muxtariyyətin verilməsi həmin məktəblərin strukturunun dəyişməsinə səbəb olacaq ki, bu da müəyyən zaman tələb edir”.
İlham Nağıyev yalnız ödənişli əsaslarla təhsil verən ali məktəblərin dövlətin göstərişi ilə ödənişsiz qəbul planına qoşulmasının hələ gözlənilmədiyini bildirib: “Dünyada təhsilin müxtəlif maliyyələşmə mexanizmləri var. Hal-hazırda təkcə özəl təhsil verən ali təhsil müəssisələri ilə bağlı bu cür addım gözlənilmir”.
Nazirlik rəsmisi orta məktəblərdə valideynlərin idarəetməyə cəlb olunması ilə bağlı Fəaliyyət Planında nəzərdə tutulan istiqamətlərdən danışıb: “Orta məktəblərdə valideynlərin idarəetməyə cəlb olunması dedikdə, bu zaman məktəbin ictimai işləri nəzərdə tutulur. Burada məqsəd valideynin öz övladının təhsilində birbaşa iştirakını təmin etməkdir. Təhsil kimi mürəkkəb sahəyə konkret olaraq hər hansı ölkənin praktikasını şamil etmək çətindir. Məsələn, xüsusilə bölgələrdə şagirdlərin müəyyən səbəblərdən davamiyyətinin zəifliyi araşdırılanda məlum olur ki, valideynin yuxarı sinifdə oxuyan övladını işə cəlb etməklə və yaxud qızları erkən nikaha cəlb etməklə dərsdən yayınmasına səbəb olur. Bu kimi hallar aşkar olunduğu zaman bizdə qanunvericilikdə valideynə təsir etmək üçün inzibati mexanizm yoxdur. Burada yeganə yol valideynin maarifləndirilməsidir. Belə hallarda məktəbin ictimai işlərinə cəlb olunmuş valideynlərin təsir imkanları böyük ola bilər”.
Qonaq valideynlərin təhsildə iştirakının heç də həmişə istənilən nəticəni vermədiyini bildirib: “Əlbəttə, heç də həmişə bizim təhsilə cəlb etmək istədiyimiz valideynlərin təhsil səviyyəsi o qədər də qənaətbəxş olmur. Ən azından valideynlərin vaxtı baxımından bunu həyata keçirmək çətin olur. Valideynlər əsasən maarifləndirmə sahəsində, ictimai işlərdə, bayramların, tədbirlərin keçirilməsində iştirak edəcəklər. Həm də bu, gündəlik iştirak tələb etməyən, yəni ayda, həftədə bir dəfə iştirakı nəzərdə tutan işlər olacaq”.
İlham Nağıyev şagirdlərin ixtisas seçimi zamanı problemlərin yarandığını deyib: “Hal-hazırda ixtisas seçimi ən ciddi problemlərdən biridir. Yuxarı sinif şagirdləri çox vaxt valideynlərin və ya tanışların təsiri ilə düzgün ixtisas seçimi etmir. Bu isə onların ya ömür boyu sevmədiyi peşənin dalınca getməsinə, ya da sonradan ixtisas dəyişməsinə səbəb olur”.
Qonaq bu ilin fevral ayından sınaq imtahanından keçən müəllimlərin maaşında artım olacağını deyib: “Müəllimlərin maaşlarının artırılması barədə sərəncam bu ilin yanvar ayından qüvvəyə minir. Lakin artımla bağlı hesablama mexanizmi yanvar ayına yəqin ki, hazır ola bilməyəcək. Müəllimlər əlavə artımla olan maaşı fevral ayından ala biləcəklər. Burada dərs yükünün 1,5 dəfə, vəzifə maaşlarının isə iki dəfə artması nəzərdə tutulur. Bu gün iş təcrübəsi olmayan və ali təhsili yenicə başa vuran kadr 10-cu dərəcə üzrə əmək haqqı ilə təmin olunur. Bu gün bir stavka dərs yükünə, yəni 12 saata görə əmək haqqı 155 manatdır. Müvafiq olaraq həmin 12 saatın 18 saata qaldırılması, 1 saata düşən əmək haqqının müvafiq şəkildə tətbiqidir. Hal-hazırda müvafiq nazirliklər tərəfindən bunun dəqiq hesablanma mexanizmi hesablanır. Lakin artım kifayət qədər böyük məbləğdir”.
İlham Nağıyev müvafiq sərəncama görə, dərs ilinin ortasında dərs bölgüsünün olmayacağını bildirib: “İndi dərs ilinin ortası olduğuna görə dərs bölgüsündə böyük dəyişiklik olmayacaq. Dəyişiklik indiki halda yalnız bir saat üçün nəzərdə tutulan əmək haqqında olacaq. Lakin növbəti dərs ilindən dərs bölgüsü birmənalı şəkildə yeni qayda üzrə olacaq. Bu sərəncam ixtisarların edilməsini nəzərdə tutmur. İl ərzində 4-5 min müəllim təqaüd, analıq məzuniyyəti və s. səbəblərdən işdən ayrılır. Artıq onların yerinə müəllimlər işə götürüləndə yeni qayda nəzərə alınacaq və qalan dərs saatları müəllimlər arasında bölünəcək”.
Qonaq yeni qaydaların müəllimlərin işlə təminatında problem yaradacağına da münasibət bildirib: “Hər il 15 minə yaxın tələbə müəllim ixtisası üzrə təhsili başa vurur, lakin onların cəmi 3-4 mini işə götürülür. Hər məzunu işə götürmək də olmur. Şərtlərə uyğun gələn və mərkəzləşmiş imtahandan keçən hər kəs işlə təmin olunur”.