Azərbaycanda qana olan tələbat necə ödənilir?
“Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə (QMİ) Səhiyyə Nazirliyi ilə birlikdə 2005-ci ildən Aşura günündə qanvermə aksiyası keçirilir. Bu addım Azərbaycanda qan donorluğunun inkişafı məqsədi ilə atılıb.
Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Gülnaz Bədəlova deyib. Ölkə üzrə 15 məsciddə və Mərkəzi Qan Bankında qanvermə aksiyasının keçirildiyini deyən G.Bədəlova təxminən 4 min insanın qan verdiyini vurğulayıb.
Aşura günündə qan donorlarının sayının artdığını deyən G.Bədəlova qeyd edib ki, Azərbaycan əhalisinin 10 milyona yaxın olduğundan il ərzində ölkədə 150 min qan donoru olmalıdır: “2015-ci ildə ölkə üzrə cəmi 75 min insan donorluq edib. Yəni, Azərbaycanda əhalinin sayına görə qan donorlarının sayı lazım olandan 2 dəfə azdır”.
Onun sözlərinə görə, ötən il donorlar vasitəsi ilə 20 min litrə yaxın qan tədarük edilib. Mərkəzi Qan Bankında kifayət qədər qanın olduğunu deyən G.Bədəlova qeyd edib ki, il ərzində müəyyən aylarda, xüsusilə yay aylarında və Ramazanda donorların sayı azalır. “Bu zaman müəyyən mənada qan çatışmazlığı yaranır. Amma bütövlükdə Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı olur”.
Gülnaz Bədəlova əlavə edib ki, Azərbaycana heç bir halda xarici ölkələrdən qan daxil olmur və xarici ölkələrə də qan və qan komponentləri göndərilmir.
Azərbaycanda ən böyük tələbatın olduğu qan qruplarına gəlincə, G.Bədəlova bildirib ki, I və II qrup üzrə donorların sayı çoxdur: “Sözsüz ki, I və II qan qruplarına da tələbat çoxdur. Mənfi III və IV qan qrupları isə nadir tapılır. Eyni zamanda, bu qruplara tələbat da azdır”.
Həkim-hematoloq bildirib ki, sağlam insanların əksəriyyəti qan verə bilər: "18 yaşı tamam olmuş çəkisi 50 kq-dan yuxarı olan, boyu 150 sm-dən az olmayan hər bir sağlam şəxs qan verə bilər. Donorlar qanvermədən öncə müayinədən keçir. Donorun sonuncu müayinələri, xroniki xəstəliyin olub-olmaması barədə məlumat toplanır”.
G.Bədəlova qeyd edib ki, sağlam donorlar da qan verməzdən əvvəl, müəyyən qaydalara riayət etməlidir: “Məsələn, qan donorları bir gün əvvəl dərman qəbul etməməlidir. Axşam saatlarında yağlı, piyli yemək yeyənlərin də səhəri günü qan verməsi məsləhət görülmür”.
Həkim hematoloq vurğulayıb ki, qan vermək insanlar üçün xeyirlidir: “Qan verən insanlarda yeni, cavan hüceyrələr əmələ gəlir. İldə 4 dəfə qan vermək il ərzində qanın 4 dəfə təzələnməsi deməkdir. Qan vermək müəyyən xəstəliklərin klinik göstəricilərinin də aşağı düşməsinə səbəb olur. Məsələn yüksək təzyiq varsa, qanvermədən sonra təzyiq normallaşır, baş ağrıları azalır”.
G.Bədəlova deyib ki, son bir neçə ay ərzində əməliyyat olunan şəxslər, şəkərli diabet, qan təzyiqi, daxili orqanlarda ciddi problemləri olanlar yəni, ürək, böyrək ağciyər çatışmazlığı, qan azlığı olan şəxslər donar ola bilməz.
Onun sözlərinə görə, donor qanı 4 infeksiyaya qarşı – Hepatit C, Hepatit B, sifilis və HİV-ə qarşı yoxlanılır: “Hər hansı donorda xəstəlik aşkarlanarsa, həmin donor Mərkəzi Qan Bankına dəvət olunur və bu barədə həmin şəxsə məlumat verilir. Daha sonra həmin şəxs müalicə olunmaq üçün aidiyyatı həkimlərə yönləndirilir”.
G.Bədəlova deyib ki, qan donoru olan şəxslərdə itirilmiş qan 56 gün sonra bərpa olunur: “Yəni, nəzəri olaraq 56 gün sonra həmin şəxs yenidən qan verə bilər. Amma biz 2 aydan yox, 3 aydan sonra qan verməyi tövsiyə edirik”.
Qanın saxlanma şəraitinə gəlincə, həkim-hematoloq bunları deyib: “Qan 2 komponentə - qırmızı qan, yəni eritrosit kütləyə və plazmaya bölünür. Eritrosit kütləsi müsbət 2-6 dərəcədə 35 gün ərzində saxlanıla bilər, plazma isə mənfi 16 dərəcədə 24 ay saxlanıla bilər. Yarasız qanlar isə xüsusi üsulla yandırılır”.
G.Bədəlova bildirib ki, tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunur.