İşsiz və işaxtaranlar üçün yeni fürsət

İşsiz və işaxtaran şəxslər Özünüməşğulluq proqramından necə yararlana bilər? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında Özünəməşğulluq proqramınına aydınlıq gətirilib.

Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənovun sözlərinə görə, Özünüməşğulluq proqramının əsas məqsədi iş axtaran və işsiz vətəndaşların müstəqil sürətdə özməşğulluqlarını təmin edilməsindən ibarətdir: "Özünü məşğulluğun fəlsəfəsi kiçik və orta biznesin əsasını təşkil edir. Kimlər ki muzdlu sahədə iş tapa bilmirlər və yaxud həmin sahədə işləmək arzusunda deyillər, amma bu insanların digər bacarıqları mövcuddur, həmin bacarıqlara uyğun fərdi qaydada özünə məşğulluqlarını təmin etmək arzusundadırlar. Belə bir proqramın məqsədi belə adamlara kömək göstərmək və məşğulluğunu təmin etməkdən ibarətdir". Ölkə Başçısının 7 aprel 2016-cı il tarixli sərəncamına toxunan İ. Həsənov qeyd edib ki, bu əhalinin özünə məşğulluğunun təşkili haqqında əlavə bir sərəncam idi ki bununla da bağlı ƏƏSMN-də müvafiq əmr imzalanmış və həmin əmrə müvafiq kommisiya yaradılmışdır: "İcranın təmini ilə əlaqədar iş axtaran və işsiz vətəndaşların tələbləri irəli sürülmüş, Dövlət Məşğulluq Xidməti tərəfindən də işçi qrupu yaradılmışdır və regionlar kuratsiya sisteminə bölünüb. Proqram ümumu respublikanı əhatə edir. Respublikanın 84 rayonu üzrə 1500 nəfərin proqrama cəlbi nəzərə tutulmuşdur, vəsaitin miqdarı 6 milyon manat olmuşdur".

Regionlar üzrə araşdırmalardan bəhs edən İ.Həsənovun sözlərinə görə ev təssərüfatlarının çəkisinə uyğun şəkildə ailələr seçilmişdir: "Burada həmrəylik prinsipinə üstünlük verilmişdir. Proqramın ilkin mərhələsində DMX nin yerli orqanlarında qeydiyyatda olan iş axtaran və işsiz vətəndaşlar cəlb olunsunlar. Proqram 6 mərhələdən ibarət olmuşdur. Naxçıvan MR istisna olmaqla 3 min nəfərin anketi araşdırılmış, 1889 nəfərin anketləri söhbətlər nəticəsində həmin proqrama uyğun olması müəyyənləşdirilmiş və həmin insanlar bu proqrama cəlb edilmişlər. Sistemin dayanıqlı olması məqsədi ilə həmin insanlara 2 aylıq kurslar təşkil edilmişdir. 1644 nəfəri həmin kursları bitirmişlər, 1339 nəfəri qiymətləndirmə prosesində müsbət qiymətə alaraq aktivləri əldə etmək hüququ qazanmışlar. Hal-hazırda 25 rayon üzrə 313 nəfərin aktivlərlə təmin olunması başa çatdırılmışdır. Digər rayonlar da may ayının sonuna qədər aktivlərini verib başa çatdırmaq prosesi tapşırıq kimi qarşıya qoyulmuşdur. Bu proqram ilk proqram olduğu üçün məşğulluq xidmətində olan insanların əksəriyyəti 84 faizə qədəri kənd təəssərüfatı sahəsinə meyl göstərmişlər. 9.9 faizi xidmət sahəsinə, 6.6 faizi müxtəlif istehsal sahələrinə meyl göstərmişlər".

 

Daha çox kənd təsərrüfatı sahələrinin üstünlük təşkil etdiyini söyləyən İ.Həsənov, bunu regionlarda maldarlıq, quşçuluğun inkişafı, kənd təsərrüfatı məhsullarının emalı məsələlərinin yüksək olması ilə əlaqələndirib. "İdeyalar içərisində fərqli ideyalar da olub. Sənətkarlıq peşəsi ilə əlaqədar olaraq. Müraciət edənlər içərisində 323 nəfəri, 19.9 faizini qadınlar, 303 nəfəri gənclər, 217 nəfər işsiz statusu almış insanlar, 216 nəfər məcburi köçkünlər, 60 nəfər isə əlillər təşkil edir. İştirakçılar arasında ən böyük kütlə 966 nəfər tam orta təhsillilərdir, ondan sonra 433 nəfər ali təhsilli, 198 nəfər orta ixtisaslı təhsillilərdir. Ən çox 35-50 yaş arası insanların sayı təşkil edir".

Vəsaitlərinin verilməsi qaydasından bəhs edən şöbə müdiri bildirib ki, vətəndaşlara nəğd vəsait verilməyib: "Bunun da səbəbi bu vəsaitləri tez xərcləyib digər vəsaitlərə keçməsidir. Ona görə də aktivlər şəklində verilib. Sahəyə uyğun avadanlıqlar alınaraq təqdim olunur. Sosial layihə olduğu üçün vəsaitlər əvəzsiz şəkildə verilir. Ancaq aktivlər təqdim edildikdən sonra qaydada nəzərdə tutulmuşdur ki, bir il müddətində vəsaitdən istifadə edilməsinin monitorinqi aparılsın. Həmin insanlar düzgün istifadə edilməsə vəsaitlər geri alınacaq. uğur qazananları həvəsləndirmək üçün kiçik biznesini inkişaf üçün gələcəkdə daha böyük vəsaiti verilməsi də nəzərdə tutulur".

İsa Həsənov proqramın təlim mərhələsinə də aydınlıq gətirib: "Mərhələlərdən biri də iştirakçıların təlim məsələsidir. İştirakçılar 2 ay təlimə cəlb edilərək qaydalar öyrədilib. Onların hər biri müstəqil şəkildə biznes planları tərtib ediblər. İxraca yönümlü iştirakçılar var, amma azdır. Məsələn aksessuarlar, suvenirlərin ixracı təmin olunması və ya meyvəçilik sahəsi. Bütün insanların iştirakı gələcəkdə mümkün olacaq. Açılacaq sayt vasitəsilə müraciət edə biləcəklər, daha geniş və şəffaf olacaqdır. Vətəndaşlar bir-iki dəfə müraciətlə kifayətlənməməlidirlər. İş axtarmağın özü bir işdir. Vətəndaş özü maraqlı olmalı, işi tapana qədər bu yolu davam etməlidir".

Müəllif | Apa.Tv
Apa.tv