"Birincilərdə məktəb xofunu ən çox valideynlər yaradır" - MÜZAKİRƏ

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalır. Hər il olduğu kimi, bu dəfə də şagirdlər həyəcanlı, valideynlərsə qayğılıdır. Dərs ləvazimatları, məktəbli formaları, çantalar və adını sadalamadığımız digər zəruri əşyaların alınması üçün valideynlər səylə çalışırlar ki, övladları tam hazırlıqlı olaraq məktəbə yollansınlar. Bəs bu ehtiyacları təmin etməklə yanaşı, uşaqlarımızı psixoloji baxımdan məktəbə necə hazırlamalıyıq? Birincilərin məktəb xofunu aradan qaldırmaq üçün nə etmək lazımdır?  APA TV-nin “Sosium” layihəsinin növbəti buraxılışında bu məsələlər müzakirə olunub.

Əməkdar müəllim Afət Allahverdiyeva hesab edir ki, məktəb xofunun yaranmasının əsas səbəbi, valideyn-uşaq münasibətlərinin düzgün formalaşmamasındadır: "Mənə elə gəlir ki, uşağı 3 yaşından, 4 yaşından məkbətə hazırlamaq lazımdır. Uşaqlarda sosiallaşma getmir, ona görə də uşaqlarda məktəb xofu yaranır".    

Psixoloq Səidə Əhmədova uşaqlarda böhran dövrünün biri 6-7 yaşa təsadüf edir. Bu səbəbdən uşaqları bağçalara göndərməyi tövsiyə edən psixoloq, hazırda fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının vacibliyini vurğulayıb: "Məktəbəhazırlıq üçün korrektiv oyunlar var ki, onların ən gözəl yolunu, vasitəsini təbii ki, psixoloqlar bilir. Xof nədən yaranır əsasən? Valideynlər uşaqların qarışısna daha çox tələblər qoyurlar. Valideyn özünün reallaşmayan arzularını uşağında təcəssüm etdirmək istəyir".      

Məktəbəhazırlıq qruplarının vacibliyini vurğulayan Afət Allahverdiyevanın sözlərinə görə bu proses uşaqlarda sərbəst nitq, düşündüklərini sərbəst ifadə etmək imkanı formalaşdırır.

Özünəqapanan uşaqların psixi vəziyyətindən danışan psixoloq, bunu daha çox ailədəki problemlərlə. həmçinin qorxu hissi ilə əlaqələndirib: "Bu da tədricən adaptasiya oluna bilər. Lakin buna mütləq psixoloq, eyni zamanda medikamentoz müalicə lazımdır. Eyni zamanda  nevropatoloqun müalicəsi də vacibdir. Üstündən keçməsinlər. Düzdür, iki-üç ilə bu keçə bilər. Amma keçid dövründən bu partlayışa səbəb ola bilər".

Afət Allahverdiyeva uşağın həddindən artıq yüklənməsinin yolverilməz olduğunu qeyd edib: "Beş yaşında uşağa nəyə lazımdır ki, 100 daxilində hesablamanı öyrədək? Həyati bacarıqları formalaşdıra biliriksə, mənə elə gəlir ki, valideyn uşağına yetirəncə bilik vermiş olacaq".  A.Allahverdiyevanın sözlərinə görə əgər uşaq sevimli oyuncağını ilə sinfə girirsə, müəllim onu almamalıdır, çünki bu zaman uşaqda məktəbə həvəs sönür. Məktəbəhazırlıq dövründə uşaqlar üçün oyunların keçirilməsini zəruri hesab edən pedaqoq, onların təfəkkürə müsbət təsir göstərdiyini vurğulayıb.    

İbtidai siniflərə daha çox yaradıcı tapşırıqlar verdiyini söyləyən Afət Allahverdiyeva, bunu hafizə məktəbindən təxəyyül məktəbinə keçid kimi qiymətləndirib: "Yeni proqramlar yeni standartlardır. Standartlar demir ki, sən uşağa şeri ver, əzbərləsin. Standart bizə nə deyir? Həmin şerdəki çox mənalı sözlərə fikir versin. Bizə yeni yanaşmaları təbliğ edir".

 

  

 

 

Müəllif | Apa.Tv
Apa.tv