"Mouse", "Siçan", yoxsa "Bələdçi"? - HANSI DAHA DÜZGÜNDÜR?

Son günlər sosial şəbəkə və mətbuatda Terminologiya Komissiyasının tərəfindən Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlər ciddi müzakirəyə və mübahisələrə səbəb olub. Müzakirələrdən də məlum olur ki, dilimizə yeni sözlərin qəbulu birmənalı qarşılanmır. Bəzi ekspertlər bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığının olmasının əleyhinədir. Bəziləri isə istifadəyə daxil olan sözlərin dilimizdə qarşılığının düzgün müəyyənləşdirilmədiyi qənaətindədir. Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı niyə ciddi müzakirələrə səbəb olub? Yeni sözlərin cəmiyyətin bəzi üzvləri tərəfindən qəbul edilməməsi nə ilə bağlıdır? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu məsələyə aydınlıq gətirilib.

Azərbaycanın dilçilik, ədəbiyyatşünaslıq sahəsinin tanınmış simalarından biri, filologiya elmləri doktoru, prosessor Buludxan Xəlilov deyib ki, Terminologiya Komissiyasının irəli sürdüyü təkliflərə cəmiyyət qoşulmalı, bəyənmədiyi sözlərin alternativini verməlidir. Filoloq bəzi sözlərə münasibət də bildirib: "Evakuasiya- köçürülmə çox məqbul, yerində olan ifadədir. Köçürülmə Azərbaycan dilində olan sözdür, təxliyə isə ərəb mənşəyi alınma sözdür".  Buludxan Xəlilov həmçinin deyib ki, beynəlxalq terminlərin tərcüməsinə ehtiyac yoxdur: "Adaptor sözünü tərcümə etmək lazımdır. Məişət dilini terminlərlə o qədər yükləmək olmaz". İKT terminlərinə münasibət bildirən filoloqun sözlərinə görə onları hamı tərəfindən vahid qəbul olunmalıdır.

"Sosium" proqramını tam olaraq www.apa.tv saytında izləyə bilərsiniz.

 

 

Müəllif | Apa.Tv
Apa.tv