Həbsdən çıxmış şəxslər niyə işə götürülmür?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi yaradılıb. Mərkəz cəza çəkməkdən azad edilmiş şəxslərin işlə təmin edilməsi üçün hansı işləri görüləcək? Bu şəxslərin sosial mühitə adaptasiyası, eləcə də onların peşə hazırlığının təşkili, ümumən hüquqlarının müdafiəsi istiqamətində tədbirlər görüləcəkmi? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova deyib ki, Sosial Adaptasiya Mərkəzinin nəzdində 50 nəfər kişi üçün nəzərdə tutulmuş sığınacaq yaradılıb: "Sığınacağın əsas məqsədi cəzaçəkmə müəssisəsindən çıxan, cəmiyyətə inteqrasiya, sosial adaptasiya, həmçinin tibbi xidmətə ehtiyac olan şəxslərə o sığınacaqda yer verilir". N.Balabəyovanın sözlərinə görə Sosial Adaptasiya Mərkəzi və sığınacaqda olan insanların məlumatları məxfi saxlanılacaq. Mərkəz rəhbəri onu da əlavə edib ki, hazırda cəzaçəkmə müəssisəsindən çıxmış şəxslərin məşğulluğu ilə bağlı mərkəzdə işlər gedir.
Nəzakət Balabəyova deyib ki, cəzaçəkmə müəssisəsindən çıxanlara minimum əmək haqqının 4 misli qədər müavinət verilir: "Bir neçə dəfə cinayət törətmiş şəxsin də müavinət alması praktikamızda var".
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.