"Asan Viza": Daha çox hansı ölkələrin vətəndaşları müraciət edir?
“ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən, 10 yanvar 2017-ci il tarixindən etibarən həyata keçirilir. Portalın yaradılmasında məqsəd Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, operativlik və şəffaflığın təmin edilməsidir. "ASAN Viza" almaq üçün hansı ölkənin vətəndaşlarından müraciət daha çox daxil olur? “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı hansı işlər görüləcək? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov deyib ki, "ASAN Viza" saytının fəaliyyətə başlaması, ölkədə turizm potensialına müsbət təsir göstərib: "90 gün ərzində 30 gün ölkədə qalmağa icazə verilir". Ceyhun Salmanovun sözlərinə görə imtinaların əsas səbəbi, xarici vətəndaşların viza məlumatlarını doldurarkən texniki səhvlərə yol vermələridir: "Hal-hazırda 94 ölkə "ASAN Viza" xidmətlərindən istifadə edə bilir" - Ceyhun Salamov belə deyib. Qurum rəsmisi onu da əlavə edib ki, viza müraciətlərinə 3 iş günü müddətində baxılır. C.Salamov daha müraciət edənlər sırasında daha çox İran, Pakistan və Böyük Britaniya vətəndaşlarının olduğunu deyib. Qurum rəsmisinin sözlərinə görə "Asan Viza"dan Azərbaycan vətəndaşları da faydalana biləcək: ""ASAN Viza 2.0" Azərbaycan vətəndaşlarının xarici ölkələri səfəri zamanı viza prosesinin asanlaşdırılmasını özündə etiva edir".
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.