Azərbaycanda qiymətli kağızlardan necə qazanmaq olar?

Bu gün qlobal dünyada biznesin maliyyə vəsaitinə əlçatanlığı əsasən ya kredit, ya da qiymətli kağızlar bazarı vasitəsilə təmin edilir. Ən ucuz maliyyə vəsaiti kimi isə istiqrazlar daha cəlbedici hesab olunur. Elə fiziki şəxslər də müəyyən gəlir əldə etmək üçün, qiyməli kağızlara, o cümlədən istiqrazlara pul yatırır. Bəs qiymətli kağızlar bazarı nə dərəcədə risklidir? Qiymətli kağızlardan necə gəlir əldə etmək olar? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

 

SOCAR Capital Şirkətinin risk meneceri Kamran Məhərrəmov deyib ki, maliyyə böhranından sonra şirkətlər daha çox banklar tərəfindən verilən kreditlərə deyil, istiqrazlara üstünlük verirlər: "Əgər şirkətlər maliyyələşmə üçün əvvəllər 1-2 bankla danırdılarsa, amma istiqrazları bir çox kütləyə sata bilərlər". K.Məhərrəmov hesab edir ki, 2018-ci ildə maliyyə bazarlarına bilavasitə təsir göstərəcək risklər əsasən regionlardakı siyasi gərginliklərlə bağlı ola bilər.

 

İstiqrazların faydasından danışan Kamran Məhərrəmovun sözlərinə görə bu səhmlərlə məşğul olmaq istəyən insanlara aktiv ticarətlə məşğul olmaq imkanı qazandıracaq. "Böhran dövründə istiqrazlar daha da populyarlaşmağa başladılar. Faizlər, gəlirlər səhmlər qədər olmasa da, risklər aşağı idi. Gözlənilmədən bankrot olsalar, istiqraz sahibləri daha birinci ödənişlər alacaqlar" - risk meneceri belə deyib. K.Məhərrəmov deyib ki, SOCAR istiqrazlarının qiyməti 1.000 (bir min) dollar təşkil edir: "SOCAR istiqrazlarının digər istiqrazlardan fərqi ondan ibarətdir ki, Socar istiqrazları zəmanətlidir". Risk meneceri əlavə edib ki, SOCAR istiqrazları digər istiqrazlardan fərqli olaraq gəlirliliyi daha çox təmin etmək imkanına malikdir.  

 

APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

Müəllif | Apa.Tv
Apa.tv