Yollarımız buzlu hava şəraitinə hazırdırmı?

Sinoptiklərin verdiyi məlumata görə sabahdan etibarən ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək, tempertur aşağı düşəcək, yollar buz bağlayacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi şaxtalı havalara necə hazırlaşıb? Hansı yolların təmin edilməsinə ehtiyac var? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında qurumun mətbuat katibliyinin rəisi Anar Nəcəfli bu və digər sualları cavablandırıb.

 

Anar Nəcəfli deyib ki, qış fəsli ilə əlaqədar kifayət qədər duz-qum ehtiyatı toplanıb: "Bundan başqa texnika saz vəziyyətə gətirilir ki, işlək vəziyyətdə olsunlar. Əsasən dağlıq və dağətəyi rayonlardakı enişli-yoxuşlu yollar nəzarətə götürülür". 

 

Qurum rəsmisinin sözlərinə görə bəzi yollarda, xüsusilə Binəqədi şosesi, Ziya Bünyadov prospektinə yeni yağış kollektoru çəkilib, yağış-kanalizasiya sistemi, drenaj şəbəkəsi qurulub, borular yenilənib. Anar Nəcəfli deyib ki, Olimpiya stadionu və Koroğlu metronun stansiyası ətrafındakı tıxacın aradan qaldırılması məqsədilə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən tunel çəkilir: "Artıq Ziya Bünyadov prospektindən Olimpiya şəhərciyi istiqamətində və ordan da Olimpiya stadionunun arxasından - yeni yoldan keçərək həmin tuneldən istifadə etməklə hava limanı istiqamətində rahat, maneəsiz hərəkət edəcəklər".

 

Anar Nəcəfli Babək prospektində aparılan yenidənqurma işlərindən də danışıb: "Səkilər bərpa olunur, o cümlədən yol ayrıcında "da yenidən qurma işləri aparılır. Tam olaraq işlərin bu il yekunlaşdırılması planlaşdırılır. Böyük ərazi olduğu üçün bir neçə ay vaxt tələb olunur".  

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

Müəllif | Apa.Tv
Apa.tv