Vətəndaşlar elektron xidmətlərin keyfiyyətindən razıdırmı?
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN xidmət və ASAN Kommunal mərkəzlərində əhaliyə göstərilən xidmətlər işimizi hər mənada asanlaşdırıb. Lakin Dövlət Agentliyinin işi tək bununla yekunlaşmır. Qurumun dövlət xidmətləri və onların elektronlaşdırılması sahəsində rolu da danılmazdır. Vətəndaşlar göstərilən xidmətlərin səviyyəsindən razıdırmı? Elektron xidmətlərdə hansı yeniliklərin olması nəzərdə tutulub. APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hüquqi təminat şöbəsinin müdiri İlhamə Qədirova və elektron xidmətlərin inkişafı və sosial innovasiylar şöbəsinin sektor müdiri Ulduzə Xəlilova bu və digər sualları cavalandırıblar.
Ulduzə Xəlilova deyib ki, təşkil edilən elektron xidmətlər şəffaflıq, operativlik və rahatlıq kimi prinsiplərə tam cavab verir: "Xidmətlərin elektronlaşması bizim Dövlət Agentliyinin iki əsas vəzifəsindən biridir. Bura da xidməti təşkil etmək üçün mövcud olan bazanın inteqrasiyası aiddir". U.Xəlilova qeyd edib ki, elektron xidmətlərin qiymətləndirilməsi 2013-cü ildən həyata keçirilir: "Qiymətləndirmə icra hakimiyyəti tərəfindən həyata keçirilən bütün xidmətləri əhatə edir. Qiymnətləndirmə 3 əsas meyar bazası əsasında aparılır. Birincisi xidmətlərin təşkili üçün elektron imkanların yaradılması, yəni inteqrasiya, informasiya sistemlərinin mövcud olması. İkincisi informasiyanın əlçatan olması. Üçüncüsü xidmətin təşkilində istifadə rahatlığı prinsiplərinin təmin edilməsidir".
İlhamə Qədirovanın sözlərinə görə, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin sadələşdirilməsi üçün təşkil edilib və müvafiq işlər görülüb: "Bu da xidmətlərdə sənəd sayının azaldılmasına, artıq sənədlərin siyahıdan çıxarılmasına səbəb olub".
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.