Ali məktəblərə qəbul imtahanlarında hansı dəyişikliklər edilib?

Məlum olduğu kimi bu ildən etibarən Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarına müəyyən dəyişikliklər edib. Bəs dəyişikliklər, yeni zamanda  yeniliklər hansılardır və bunun abituriyentlər üçün hansı faydaları olacaq? APA TV-nin  "Sosium" layihəsinin növbəti buraxılışında Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bu və digər sualları cavablandırıb.

 

Xanlar Xanlarzadə deyib ki, bu abituriyentlərin seçim imkanları daha da genişlənib: "Abituriyent istəsə o hüququ özündə saxlayır ki, yalnız bir ixtisas qrupu üzrə iki dəfə imtahanda iştirak etsin. Tutaq ki, birinci də versin birinci ixtisas qrupuna, ikincidə də". Qurum rəsmisi beşinci ixtisas qrupu üzrə seçimə aydınlıq gətirib: "Yenə də abituriyentlər o hüququ özlərində saxlayırlar. Onlar xüsusi qabiliyyət tələb edən beşinci ixtisas qruplarına da - fərqi yoxdur birinci, dördüncü ixtisas qruplarından hansını seçiblər - ixtisaslarını seçə bilərlər. Faktiki olaraq abituriyentin üç ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək şansı yaranır". X.Xanlarzadənin sözlərinə görə abituriyentin 15-ə qədər ixtisas yazmaq hüququ var: "Beşinci ixtisas qrupundan keçibsə, qabiliyyət imtahanından müvafiq qiymət alıbsa, o beşinci ixtisas qrupunun da ixtisasını vahid elektron ərizədə yaza bilər".

 

Xanlar Xanlarzadə deyib ki, artıq qəbul imtahanlarının tarixi müəyyən edilib və Dövlət İmtahan Mərkəzinin saytında müvafiq bölmələr üzrə yerləşdirilib.  Qurum rəsmisi hazırda 11-ci sinifdə təhsil alan abituriyentlərin imtahan şərtlərinə də aydınlıq gətirib: "Hal-hazırda 11-ci sinifdə oxuyan abituriyentlər cari qaydalarla imtahan verəcəklər. Ancaq indi 10-cu sinifdə oxuyan abituriyentlər isə növbəti il fərqli qaydada yeni mexanizmlə imtahan verəcəklər. Bu da nədən irəli gəlir. Bilirsiniz ki, 2009-cu ildən orta ümumtəhsil məktəblərində yeni təhsil standartları tətbiq olunur və kurikulumla abituriyentlər təhsil alıblar. Ona görə də onlar məzun olurlar, 11-ci sinfi qurtarırlar növbəti il onların biliklərinin də qiymətləndirilməsi də artıq tədris proqramına uyğun olmalıdır".  

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

Müəllif | Apa.Tv
Apa.tv