Peyvəndin fəsadları ilə qarşılaşmısınızmı?

Həkimlər deyir ki, yoluxucu xəstəliklərdən qorunmanı təmin edən ən önəmli və birinci vasitə peyvənddir. Lakin bu da faktdır ki, bu gün Azərbaycanda valideynlərin peyvədlərə münasibəti heç də birmənalı deyil. Cəmiyyətimizdə peyvəndlərə qarşı bu qeyri-müəyyənliyin əsası nədir? Ümumiyyətlə peyvənd etdirmək mütləqdirmi? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu məsələyə aydınlıq gətirilib.

 

Uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib ki, peyvəndlərin faydalı tərəfləri ilə yanaşı mənfi xüsusiyyətləri də var: "Peyvənddən ölüm, şikəst qalmaq ehtimalı, xəstələnmək ehtimalı var. Təbabət bunları açıq söyləyir".  V.İsmayıl qeyd edib ki, hər uşağa hər an peyvənd vurula bilməz: "Hanı uşağa hansı peyvəndin vurulmasını həkim müəyyənləşdirir. Azərbaycan xalqının dünyada peyvəndə qarşı kampaniyası var. Bu kampaniya bildiyimiz dini sekta məntiqi ilə işləyir".

 

Bununla belə həkim hesab edir ki, bizdə peyvəndin keyfiyyətinə inamsızlıq hökm sürməkdədir: "Mən öz uşaqlarıma dövlət poliklinikasında Belçika istehsalı olan peyvənd vurdurmuşam". Vasif İsmayılın sözlərinə görə peyvənd edilmiş uşaqların xəstələnmə ehtimalı çox aşağı olur. O həmçinin deyib ki, bu gün çapıq əmələ gətirən peyvəndlər artıq vurulmur.

 

Hindistanda vurulan və fəsadlara səbəb olmuş peyvəndlərə münasibət bildirən Vasif İsmayılın sözlərinə görə burada əsas səbəb peyvəndlərdən düzgün istifadə edilməməsi, onların hər kəsə vurulması olub.

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

Müəllif | Apa.Tv
Apa.tv