Avtomobil bazarında bahalaşma... - EKSPERTDƏN AÇIQLAMA

Adətən satıcılar alıcı qırtlığından, alıcılar isə bazarda avtompbilərin qimətinin baha olmasından şikayət edir. Maraqlıdır, niyə məhz Azərbaycanda bu mövsümdə avtomibil bazarında bahalaşma müşahidə olunur? Ümumiyyətlə, bu il bazarda qiymətlər necə dəyişəcək? hansı avtombillərə tələbat daha çoxdur?  APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.  

 

Avtomobil üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə mart ayından sonra ikinci əl avtomobil bazarında qiymətlərin artımı müşahidə ediləcək: "Yeni avtomobil bazarında qiymət stabil olaraq qalacaq. Yeni avtomobil bazarında qiymət əsasən dövlət rüsumları artırılanda qalxır. Dövlət rüsumları yüksəlmədikdə rəsmi dilerlər qiymətin yüksəlməsində maraqlı deyillər".

 

Ekspert deyib ki, 2005-ci ilə qədər istehsal edilmiş avtomobillərin satış məqsədilə ölkəyə girişinə qadağa qoyulması, ekoloji vəziyyətə müsbət təsirini göstərib. 

 

Ekspertin sözlərinə görə Yaponiya və Almaniya istehsalı olan avtomobillərə tələbat olduğu üçün yaxın vaxtlarda, sözü gedən avtomobillərin qiymətlərinə artım gözlənilir. "Düşünürəm ki, gələn ildən etibarən ikinci əl avtomobil bazarında dizel avtomobillərinin qiyməti ucuzlaşacaq. Çünki ölkəmizə çoxlu sayda dizel yanacağı ilə çalışan ikinci əl avtomobil daxil olur" - Eldəniz Cəfərov belə deyib. Ekspert onu da əlavə edib ki, hazırda tələbat olan avtomobillərin məbləği 10.000 dollar civarındadır.

 

E.Cəfərov hesab edir ki, Azərbaycanın avtomobil parkı köhnəldiyindən onu yeniləməyə ehtiyac var.

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

Müəllif | Apa.Tv
Apa.tv