Turistləri Azərbaycana cəlb edən nədir?
Müşahidələr onu göstərir ki, artq son bir neçə ildir xüsusilə novruz bayramı ərfəsində Azərbaycana gələn turistlərin sayı artır. Mütəlif ölkələrdən bakıya təşrif buyuranlar arasnda dünyanın müxtəlif ölkələrinin vətəndaşları var. Bayran günlərində xüsusilə İrandan Azərbaycana istirahətə gələnlərin sayı üstünlük təşkil edir. Turist axının çoxalmasının səbəbi nədir, azərbaycana səfər edənlər daha çox hardan dincəlməyə üstünlük verir? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlır gətirilib.
Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti, turizm sahəsi üzrə mütəxəssis Ruslan Quliyev deyib ki, Azərbaycan sakit və stabil ada statusuna malik olduğundan turistlər buna üstünlük verirlər. Ekspert hesab edir ki, cənub turizm marşrutunun inkişafı cənub regionunda turizmin inkişafına müsbət təsir göstərəcək.
Ruslan Quliyevin sözlərinə görə bu il Azərbaycanlı turistlər Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri yanaşı Şimali Qafqaz və Moskva ətrafındakı kurortlara, Monteneqroya, Bolqarıstan və Çexiyaya üz tutublar. 2016-cı ili turizmin inkişafında "qızıl dövr" adlandıran ekspert deyib ki, bu gün ölkəmizdəki turizm təsisatları istənilən ölkədən turist qəbul etməyə hazırdır: "Vahid turizm reyestrinin yaradılması gündəmdədir. Belə ki, bildiyiniz kimi turizmin fəaliyyəti ilə bağlı lisenziyalar aradan qaldırıldı. Bu da bazarda xaosa gətirib çıxardı. Xidmət fəaliyyətin xəbəri olmayan işbazlar meydana gəldi".
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.