Dönərxanalarda mənşəyi bəlli olmayan ətlərdən istifadə olunur? – RƏSMİ AÇIQLAMA

Tez-tez istər internet və sosial mediada mənşəyi bəlli olmayan ət və məhsullarının aşkar edilməsi ilə bağlı xəbərlərlə rastlaşırıq. Addımbaşı rastlaşdığımız dönərxanalar da bizi yediyimiz ətin keyfiyyətindən narahat etməyə vadar edir. Təkcə ət və ət məhsulları deyil, istifadə etdiyimiz digər məhsulları nə dərəcədə standartlara cavab verir? Qəbul etdiyimiz qidalar nə dərəcədə təhlükəsizdir? APA TV-nin “Sosium” layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Aynur Kərimova deyib ki, yeni yaradılan qurumun əsas məqsədi qida məhsullarının keyfiyyətini tarladan süfrəyədək təmin etməkdir. Qurum rəsmisi dönərxanalarda mənşəyi bəlli olmayan ətlərdən istifadə ilə bağlı məsələyə də toxunub: “Əslində kifayət qədər məsuliyyətsiz çağırışlardır. Kifayət qədər məsuliyyətsiz bəyanatlardır. Hər bir qida maddəsi, məhsulun tərkibin təyin etmək üçün onu çox sadə analizlərdən keçirirsən. Çox sadə laborator analizlərdir. Onun əsasında demək olar ki, bunun tərkibində hansı ətlərdən istifadə olunub. Yəni, bu çox çətin və mürəkkəb bi rproses deyil. Əhali mənə elə gəlir tam rahat olmalıdır ki, məınşəyi bəlli olmayan məhsullar onun süfrəsinə düşməyəcək. Əgər hər hansı şübhələri varsa, bizim qaynar xəttimiz var, 012 437 00 77 nömrəsinə zəng eləsinlər, rəsmi surətdə bəyan eləsinlər, varsa o nümunələrlə, hüquqi şəxsin ünvanı ilə bizə rəsmi müraciət etsinlər”.

Aynur Kərimova deyib ki, Agentlik tərəfindən ət kəsimi üçün xüsusi, modul tipli məntəqələrin yaradılması nəzərdə tutulub: “Modul tipli kəsim məntəqələri sanitar-gigiyenik qaydalara əsasən yaradılacaq. Buradan alınan ətlər, burada alınan qida məhsullarına əmin ola bilərsiniz ki, bunlar tam təhlükəsizdir”. Qurum rəsmisi ət və ət məhsullarına şamil edilən halallıq sertifikatına da toxunub: “Halallıq sertifikatını Qida Təhlükəsizliyi Agentliyi verməyəcək”.  

“Sosium” layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

Müəllif | Apa.Tv
Apa.tv