Yaya hazırlıq: necə sağlam arıqlamalı?
Müasir dövrün ən qlobal problemlərindən biri piylənmədir. Getdikcə cavanlaşan piylənmə özü ilə bərabər xəstəliklər də gətirir ki, bəzən bu xəstəliklər sağlamlığımıza ciddi zərər vurur. Nəzərə alsaq ki, ofis şəraitində işləyənlərin çoxu günün böyük hissəsini kompüter qarşısında əyləşərək keçirir. Fiziki aktivliyin azalması da kökəlməyə təsir edir. Bu zaman məcbur olub bir çoxlarımız pəhriz saxlamağa, idmanla məşğul olmağa başlayırıq. Bəs yaya hazırlıq dövründə necə arıqlamalıyıq? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında həkim-dietoloq Leyla Zülfüqarova bu və digər suallara aydınlıq gətirib:
-Bizim kökəlmə səbəbimiz karbohidrat mübadiləsidir;
-Günəş şüaları ilə ötürülən D vitamini yetərli deyil;
-Piylənmədə stres faktoru vacib rol oynayır;
-Bəzi artıq çəki problemləri tibbi səbəblərlə bağldır;
-Biz düzgün çörəyi axtarmalıyıq;
-Şirniyyatların qəbulu bayram ənənəsinə çevrilsə, yaxşı olar;
-Artıq çəki sindromu 25-dən sonra başlanır;
-“Dəb xatirinə arıqlamaq faciədir”;
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.