Yeni qaydalara görə ipoteka krediti ilə ev almaq necə olacaq?

Mayın 1-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında fərman imzalayıb. Əhalinin mənzil təminatının daha da yaxşılaşdırılması və ipoteka kreditlərinə çıxış imkanlarının artırılması, ipoteka və kredit zəmanət mexanizminin risklərinin minimallaşdırılması İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası təsdiq edilib. Bundan başqa, poteka kreditinin restrukturizasiyası qaydaları da müəyyən edilib. Güzəştli ipoteka ilə bağlı yeni qaydalar bazara necə təsir edəcək? bu qaydaların əhali üçün faydaları nədir? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib.

 

Əmlak bazarı üzrə ekspert Ramil Osmanlı deyib ki, yeni qaydalar gələcəkdə ipoteka kreditlərinin təkcə İpoteka Fondu tərəfindən deyil, ayrı-ayrı kommersiya bankları tərəfindən də verilməsini, həmçinin zəmanət məbləğlərinin artırılmasını  nəzərdə tutur. Ekspert hesab edir ki, yeni qaydalar sahibkarların fəaliyyətinə müsbət təsir göstərəcək: "Təbii ki, istənilən halda borc alanlar üçün imkanlar yaradır. Kreditinin həcminin artırılmasına gətirib çıxarır. Sahibkarlıq mühitinin genişləndirilməsi, eyni zamanda yeni sahibkarlıq subyektlərinin ortaya çıxması üçün əlavə imkanlar yaradır. Söhbət zəmanətli kreditlərdən gedir. Adından göründüyü kimi".  Ekspert deyib ki, əvvəlki qaydalara əsasən götürülən kreditlərin istifadəsi məhdud idi, amma yeni qaydalar bu məhdudiyyəti qismən aradan qaldıracaq.  

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

Müəllif | Apa.Tv
Apa.tv