Yaşam tərzimiz hansı xəstəliklərin yayılmasına şərait yaradır?

Hər il yer üzərində 1 milyondan çox insan onkoloji xəstəliklərə tutulur. Ölüm sayına görə də onkoloji xəstəliklər ön sıradadır. Yaranma səbəbi hələ elmə tam məlum olmayan bu xəstəlik niyə bu qədər cavanlaşıb? Qəbul etdiyimiz qidalar, stress və yaşam tərzimiz bu xəstəliyin baş qaldırmasına necə təsir edir? APA TV-nin "Sosium" laiyhəsində bu və ya digər suallara, onkoloji xəstəliklərlə mübarizə yollarına aydınlıq gətirilib.

 

Cərrahiyyə uzmanı Elmir Əsgərov deyib ki, xərçəng xəstəliyinin genetik olması ilə bağlı fikirlər yanlışdır: "İnsan özündə əmələ gələn proses yediyimiz, içdiyimiz qidalara bağlı olur. Siqaretin, alkoqolun zərərli təsirləri vardır". Uzman geni dəyişdirilmiş qidaların da xərçəngə risk faktoru olduğunu istisna etməyib.

 

Elmir Əsgərov deyib ki, xərçəng artıq müalicə olunan xəstəliklər sırasındadır: "Vaxtından aşkarlanıb profilaktika edilən, müayinədə ortaya çıxarılıb müalicə edilən xəstələrin adi insanlardan fərqi yoxdur. Onların yaşam sürəsi uzun olur". Onun sözlərinə görə orqanizmdə gündə on minlərlə xərçəng hüceyrəsi əmələ gəlir: "Sadəcə bədənimizin immun sistemi bununla mübarizə aparır. Biz cəmiyyətdə buna bədxassəli xərçəng veririk.  Hər şiş xərçəng deyil". Uzman ağciyər xərçənginin daha kişilər arasında yayıldığını qeyd edib.   

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

Müəllif | Apa.Tv
Apa.tv