Plastik qablar insan sağlamlığına necə təsir göstərir?
Bu gün bir sıra dünya ölkələri plastik qablar və polietilen torbaların istifadəsindən imtina edib. əslində gündəlik həyatda istifadə üçün əlverişli hesab etdiyimiz plastik qablar müəyyən mənada işimizi asanlaşdırsa da, bunların zərəri xeyirindən qat-qat çoxdur. Bəzən bunu o qədər ciddi qəbul etmirik ,lakin bu kimi məhsullar təbii olmadığından onlar təbiətdə uzun illər boyu çürümür. Bu gün plastik qablardan imtina etməklə bir çox dünya ölkələri bunu qlobal hərəkata çevirib. Bəs Azərbaycanda vəziyyət necədir? Plastik qablardan imtina nəyə gətirib çıxara bilər? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Amil Səfiyev deyib ki, plastik qabların hazırlanmasında istifadə edilməsi, onların ətraf mühitlə və insanla təması zamanı problemlərin ortaya çıxdığını deyib: "Bu nəinki insan sağlamlığına, digər canlıların da sağlamlığına mənfi təsir göstərir. Bu məhsullardan imkan olduğu qədər az istifadə etmək lazımdır". A.Səfiyevin sözlərinə görə sovet dövründə plastik qab və torbalardan istifaə 1% təşkil edirdi.
Hüquqi Düşüncə İctimai Birliyinin sədri Samir İsayev deyib ki, Azərbaycanda plastik qablardan istifadəyə dair məhdudiyyətin olmaması günü-gündən plastik torbalardan istifadənin həcmi günü-gündən artır. S.İsayev burada dünya təcrübəsini nümunə gətirərək deyib ki, bəzi ölkələrdə plastik qab və torbalardan istifadəyə görə cərimələr, hətta həbs cəzası nəzərdə tutulub: "Burada dövlət-vətəndaş birliyinə ehtiyac var. Bizdə 2 litrlik qablarda sular satırlar. Bu suyu alan insan onu bir dəfəyə içməyəcək, onu kənara qoyub saxlayacaq. O bir dəfə içildi, kənara qoyuldusa, artıq onun içilmək təhlükəsi 10% artdı".
"Sosium" layihəsini növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.