Yay aylarında kosmetik prosedurlardan necə istifadə etməliyik?

Artıq rəsmən ölkəmizə yay gəlib. Yəqin ki əksəriyyətimiz işin srterssindən, ayların yorğunluğundan qurtulmaq üçün bu fəslində istirahət etməyi səbirsizliklə gözləyirik. Bunun üçün dənizə gedəcək, səfərlər edəcəyik. Dolayısıyla da gözəl görünmək üçün solyariyə, lazerə üz tutub, kosmetik vasitələrdən istifadə edəcəyik. Elə isə düzgün olaraq bütün bunları necə etməliyik? Yay aylarında kosmetik proseduralardan necə faydalanmalıyıq? Nələrə diqqət etməli, nələrdən uzaqda dayanmalıyıq? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında   dermatoloq, gözəllik uzmanı Sevinc Abdullayeva  mövzu ilə bağlı bu və ya digər sualları cavablandırıb:

 

-  Solyaridə dəri üçün fəsadlar ola bilər;

-  Solyari dərinin tez qocalmasına səbəb ola bilər;

-  Günəş şüaları altında doğru saatlarda qalmaq fəsadlar törətmir;

-  Lazer şülarından yayda ehtiyatlı olmaq lazımdır;

-  Hamilə qadınlar yaxşı olar ki, lazer şüalarından istifadə etməsinlər;

-  Onkoloji xəstələrə lazer şüaları etmək olmaz;

-  Diod lazeri açıq rəngli tüklərdə daha çox istifadə olunur;

-  Yayda, ev şəraitində ikiqat artıq dəri təmizlənməsi olmalıdır;

-  Yayda gündən qoruyucu kremdən istifadə etmək lazımdır;

-  Yayda tonal kremlərdən az istifadə etmək məsləhətdir;

-  Yayda bir çox dəri prosedurları dayandırılır;

-  Yayda aqressiv pilinqlər aparılmır;

-   Yayda gün ərzində 1-2 litr su içmək lazımdır.

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.    

 

 

Müəllif | Apa.Tv
Apa.tv