Hansı çimərliklər xəstəlik mənbəyidir?

Yay mövsümü, həm də çimərliklər mövsümüdür. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi may ayından dəniz suyunun monitorinqinə başlayıb. Bəs monitorinqin nəticələri necədir? Hansı çimərliklərə üz tutsaq, daha yaxşı olar? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov bu və digər sualları cavablandırıb:

 

- Bəzi çimərliklərdə çirklənmə normadan artıqdır;

- Səbail və Qaradağ rayonlarının inzibati çimərliklərində çirklənmə müşahidə olunmaqdadır;

- Dəniz çirklənməsinin qarşısını almaq mümkün deyil;

- Vətəndaşlar sahilyanı ərazilərdə antisanitar zonalar yaradırlar;

- Tez xarab olan ərzaqların çimərliklərə aparılması yolverilməzdir;

- Ev heyvanlarının çimərliklərə aparılması sanitar-gigiyenik normalara uyğun deyil;

- Dəniz çimərliklərində yoxlamaların aparılması düzgündürmü?

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

  

Müəllif | Apa.Tv
Apa.tv