Bələdiyyələr fiziki şəxslərdən əmlak vergisini niyə yığa bilmir?

 

Bələdiyyələrin öz səlahiyyətlərini icra etməkdə mövcud olan problemlərdən biri onun yetərli maliyyə imkanlarının olmamasıdır. Verilişdə bu problemin necə aradan qaldırılması, xüsusi ilə fiziki şəxslərdən əmlak vergisini toplamaqda mövcud olan maneələrdən danışılır.

Mütəxəssislər hesab edir ki, yerli büdcələrin gəlir mənbələrinin əsasını təşkil edən fiziki şəxslərdən əmlak vergisinin yığımında xeyli problemlər var...

Əsas problemlərdən biri də vergitutma obyekti olan daşınmaz əmlakın inventar dəyərinin olmamasıdır. Bu isə bələdiyyələrin büdcəsinin gücləndirilməsində ciddi problem yaradır...

Azərbaycanda olan evlərin böyük əksəriyyətinin, xüsusilə kənd evlərinin 90 faizdən çoxunun inventar dəyəri yoxdur. Belə olan təqdirdə bələdiyyələr fiziki şəxslərdən əmlak vergisini necə yığa bilər?

Fiziki şəxslərdən əmlak vergisi üzrə vergi bazasına hansı dəyişiklərin edilməsi zəruridir?

Vergi dərəcələri bu gün necə hesablanır? Və bu baxımdan hansı dəyişiklərə ehtiyac var?

Əgər gələcəkdə bələdiyyələr bu səlahiyyətləri əldə etmiş olarsa, toplanmış büdcəyə nəzarət mexanizmi necə olmalıdır?

Problemin həlli yolu kimi vergi qanunvericiliyin təkmilləşdirilməsi təklif olunur. Tədqiqatın yekunu olaraq vergi bazasının təkmil­ləşdirilməsinin 3 alternativ mexanizmi təklif edilir:

1) fiziki şəxslərin mülkiyyətində olan əmlakın kütləvi inventarlaşdırılmasının təşkili;

2) fiziki şəxslərin əmlakının bazar dəyəri əsasında vergiyə cəlb olunması;

3) əmlakın sahəsinin ölçüsünə görə fiziki şəxslərin əmlakının vergiyə cəlb olunması.

Verilişin qonaqları  Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının eksperti  Samir Əliyev və İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanovdur.

Müəllif | Apa.Tv