Metro stansiyalarından çıxarılan sahibkarlara təklif olunan alternativ yerlər - SİYAHI
Yaxın bir neçə günə metronun bütün stansiyalarının giriş və çıxışı tərtəmiz olacaq. Bu barədə APA TV-də yayımlanan "Sosium" verilişinin qonağı olan Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyib. Onun sözlərinə görə, artıq söküntü işləri metronun bütün stansiyalarında həyata keçirilir.
Sahibkarlara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən üç bazar və iki ticarət mərkəzində alternativ yer təklif olunub.
Əliabbas Bağırov bildirib ki, təklif olunan yerlərdən dükan götürən sahibkarlar ilk 3 ayda yer pulu ödəməyəcək. Bütün köçürülmə işlərinin xərcləri isə dövlət tərəfindən ödəniləcək.
Xatıraldaq ki, metro stansiyalarında fəaliyyət göstərən dükan sahiblərinə mallarını daşımaq üçün martın 27-28-nə kimi vaxt verilmişdi.
“Sosium” verilişində bu suallara cavab tapacaqsınız:
Niyə söküntü işləri sahibkarlara verilən möhlət başa çatmamış başladı?
Təklif olunan alternativ bazarlara getməyənlərə hansısa güzəşt və ya əlavə təkliflər olacaqmı?
Gələcəkdə metro stansiyalarının giriş və çıxışlarında yalnız qəzet, kitab və jurnalların satışına icazə verilə bilərmi?