Azərbaycanda erkən nikah problemi
Azərbaycanda qeyri-rəsmi nikahların böyük hissəsi erkən nikahların payına düşür.
Hər il 3-5 min arası erkən nikah faktı qeydə alınır...
Erkən nikahlara ən çox Bakı kəndlərində və cənub bölgəsində rast gəlinir...
Məişət zorakılığı ilə bağlı hallar azalsa da, vəziyyət qənaətbəxş deyil...
Bu gün Azərbaycanda nikah müqaviləsi ilə bağlı bəzi problemlər var. Bəzi adamlar bu müqaviləni haradan əldə edəcəyini bilmir... Nikah müqaviləsi şərtləri yenidən işlənilə bilərmi?
Azərbaycanda iki ailə modeli var. Köhnə və təzə ailə modeli...Bu iki modeli birləşdirib, universal model yaradıla bilərmi?
Dövlət yardım mərkəzlərində göstərilən yardıma görə xidmət haqqı tələb etmək cinayətdir...
Məişət zorakılığının qarşısının alınması haqqında qanunda icra hakimiyyəti orqanlarına böyük səlahiyyətlər verilir, başqa sözlə məsuliyyətləri xeyli artırılıb. Reallıqda necə, İcra hakimiyyəti orqanları bu işin öhdəsindən gələ bilirmi?
Verilişin qonağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovdur.