Ailə büdcəsini normal planlaşdırmağın yolları
Bu gün inkişaf etmiş bütün ölkələrdə, o cümlədən Avropa Birliyi ölkələrində ailə büdcəsi deyilən bir planlaşdırma var. Hər bir ailə öz gəlir və xərcini planlı şəkildə qurur. Azərbaycanda ailə büdcəsi yeni formalaşan bir anlayışdır. Çünki keçmiş SSRİ dövründə termin olaraq Azərbaycanda ailə büdcəsindən istifadə olunmayıb. Bəs bu gün necə, müstəqil Azərbaycan ailələri bu üsul-idarədən istifadə edirmi?
“Sosium” verilişinin qonağı olan un qonağı iqtisadçı ekspert Məhəmməd Talıblının fikrincə...
- Azərbaycanda ailələrin gəlir səviyyəsi fərqli olduğuna görə ailə büdcəsi formalaşdırmaq çoxlarına maraqlı deyil.
- Ailələrdə gəlir və xərclərin düzgün idarə olunmaması ailə büdcəsində borclara gətirib çıxarır.
- Azərbaycanda əhalinin gəlirinin 70 faizi zəruri istehlak vasitələrinin alınmasına sərf olunur.
- Ailə büdcəsinin düzgün qurulmaması bank sektoruna da təsir göstərir.
- Azərbaycan vətəndaşları aldıqları krediti və ya biznesdən əldə etdiyi gəliri təyinatı üzrə xərcləmir.