31 mart soyqırımı məktəblərdə necə tədris olunur?
31 mart soyqırımı kimi tarixi hadisələr şagirdlərə lazımı səviyyədə çatdırılmır. Bu barədə ilk məlumat 5-ci sinif dərsliyinə daxil edilib və həmin mövzuya bir də yuxarı siniflərdə qayıdılır…
Dərsliklər bir çox standartlara cavab vermir, müəllimlər də təkcə dərslikdə olan məlumatı şagirdə çatdırmaqla kifayətlənirlər...
Gəncləri şovinist ruhda tərbiyə etmək olmaz...
Azərbaycanda dərslik siyasəti dəyişdirilməlidir. Uşaqlara nəinki məktəbdə, hətta bağça yaşından tarix tədris olunmalıdır...
Məktəblərdə debatlar, bilik yarışmaları, olimpiadalar keçirilməlidir...
Bu işləri təkcə Təhsil Nazirliyini üstünə atmaq olmaz. Burada KİV-in də rolu böyükdür...
Bədii ədəbiyyatdan parçalar seçilərkən diqqətli olmaq lazımdır.
Bəzi ibtidai sinif dərsliklərində müəllifi tanınmayan bayağı şerlər verilir...
Dərslik müəllifləri diqqətli olmalıdır. Dərslikləri elə tərtib etmək lazımdır ki, şagirdlər üçün maraqlı olsun...
Verilişin qonağı Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlüdür.